Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Latviyada “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilib

Tarix:13-12-2018, 17:43

Latviyada “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilib


Azərbaycanın Latviyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilib.

Konfransda Latviya ictimaiyyətinin nümayəndələri, siyasət, elm və mədəniyyət xadimləri, media təmsilçiləri, Ukrayna, Moldova, Gürcüstan və digər ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.

Konfransı açan səfir Cavanşir Axundov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən bəhs edib. Hər bir xalqın öz milli lideri və xilaskarının olduğunu deyən, bu nümunədə Şarl de Qoll, Avraam Linkoln, Mustafa Kamal Atatürk kimi tarixi şəxsiyyətlərin adlarını sadalayan səfir Azərbaycanda belə bir tarixi şəxsiyyətin Heydər Əliyev olduğunu söyləyib.

Heydər Əliyevin şərəfli və çətin ömür yolu keçdiyini qeyd edən səfir hələ 1990-cı ilin 20 yanvar tarixində sovet qoşunlarının Azərbaycana müdaxiləsi zamanı onun Kommunist partiyası sıralarını tərk edərək sovet hakimiyyətinə açıq və kəskin etirazlarını bildirməsinin o dövr üçün çox cəsarətli bir addım olduğunu vurğulayıb. O, bundan sonra Heydər Əliyevin öz xalqının yanında yer alaraq ölkəmizin xilaskarına çevrildiyini diqqətə çatdırıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən sonra onun böyük iqtisadi və demokratik islahatlara başlayaraq ölkəni faktiki dağılmaq təhlükəsindən xilas etdiyini qeyd edən diplomat o zaman mövcud ağır iqtisadi və siyasi böhran, habelə işğalçı Ermənistanla müharibə şəraitində bütün bunların heç də asan olmadığını və bununla da Heydər Əliyevin faktiki olaraq Azərbaycanda yeni bir dövlətin qurucusu olduğunu söyləyib.

Həmçinin Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi aqrar islahatlar, yeni Konstitusiyanın qəbul edilməsi, ölüm hökmünün ləğvi, Ombudsman institutunun yaradılması, Ermənistanla atəşkəs razılaşmasının əldə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyasının qurulması və s. bu kimi tarixi nailiyyətlərdən geniş bəhs edən səfir bütün bunların Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və xalqımızın maddi rifahının yüksəldilməsinə səbəb olmaqla bütöv Avrasiya məkanında yeni bir siyasi və iqtisadi inqilab hadisəsi kimi yaddaşlara həkk olunduğunu bildirib.

Sonra konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev - Rəsmi bioqrafiya” adlı sənədli filmə baxıblar.

Filmin nümayişindən sonra çıxış edən Latviya Universitetinin tarix elmləri doktoru Uldis Kreslinş Azərbaycan tarixinin son 25 ilini tədqiq etməklə “Əgər Heydər Əliyev olmasaydı, müasir Azərbaycan da olmazdı” kimi bir qənaətə gəldiyini bildirib. Tarixçi alim 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsindən sonra Azərbaycanda baş verən köklü dəyişikliklərin bu fikri söyləməyə əsas verdiyini diqqətə çatdırıb.

Ümumilikdə Heydər Əliyevin Azərbaycandakı fəaliyyəti dövrünü müasirləşmə dövrü kimi xarakterizə edən tarixçi bu dövrdə ölkədə həyata keçirilən geniş siyasi və iqtisadi islahatların Azərbaycanı müasir və sürətlə inkişaf edən bir dövlətə çevirdiyini söyləyib. Azərbaycanda rəhbərliyə gəlməsindən sonra Heydər Əliyevin həmin dövrdə ölkədə yaşanan siyasi qarşıdurmalara son qoyaraq sülh və sabitliyi bərqərar etdiyini, habelə Ermənistanla müharibəni dayandıraraq böyük insan tələfatına son qoyduğunu və iqtisadi resurslara qənaət etdiyini vurğulayan alim bütün bunların Azərbaycan iqtisadiyyatının bərpası və yenidən qurulmasına ilkin şərait yaratdığını qeyd edib. O, Heydər Əliyevin imza atdığı tarixi nailiyyətlər sırasında “Əsrin müqaviləsi”ndən geniş bəhs edərək bununla ölkəyə iri həcmdə xarici kapital axınının başlandığını və bu gün neft gəlirlərinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, enerji təhlükəsizliyi və sosial-iqtisadi inkişafında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Heydər Əliyevin apardığı siyasi və demokratik islahatlar sırasında Azərbaycanda yeni Konstitusiyanın qəbul edilməsinə diqqət çəkən alim bu ali qanunlar toplusunun təmin etdiyi hüquq və azadlıqlar və müasir demokratik institutlardan geniş bəhs edib. O, yeni Konstitusiyanın ölkədə hakimiyyətin bölgüsü, qanunun aliliyi, hüquqi dövlət quruculuğu və digər demokratik islahatlara xidmət etdiyini bildirib.

Daha sonra Latviya Respublikası Prezidentinin milli azlıqlar üzrə müşaviri və “Ocaq” Azərbaycan diaspor cəmiyyətinin sədri Roman Əliyev çıxış edərək milli liderlərə xas olan əsas keyfiyyətin həmin liderlərin öz xalqlarının tam etimadını qazanmasından ibarət olduğunu söyləyib. O, ümummilli lider Heydər Əliyevə xas olan əsas xüsusiyyəti onun Azərbaycan xalqının mütləq iradəsini ifadə etməsi və Azərbaycanın müstəqilliyinin qarantı olması ilə xarakterizə edib.

Latviyalı yazıçı Yanis Udris çıxışı zamanı Azərbaycana və Azərbaycan xalqına böyük rəğbətinin olduğunu qeyd edib, ölkəmizin tarixi inkişaf yolu keçdiyini söyləyib. O, yalnız Heydər Əliyevin rəhbərliyə gəlməsindən sonra Azərbaycanın ağır siyasi və sosial-iqtisadi böhrandan çıxa bildiyini söyləyib. Yazıçı ulu öndər Heydər Əliyevin xalqına bağlı bir şəxsiyyət olduğunu və daim öz xalqı ilə təmasda olduğunu qeyd edib. Latviyalı ziyalı bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Konfransın yekununda ümummilli lider Heydər Əliyevin xatirəsinə ehsan verilib.

Tədbirdən sonra AzərTac-ın müxbirinə müsahibə verən konfrans iştirakçısı – Latviya Universitetinin Akademik Kitabxanasının direktoru Venta Kotsere tədbirdə iştirak etməkdən məmnun olduğunu, Heydər Əliyev haqqında filmin ona böyük təsir bağışladığını söyləyib. Azərbaycana üç dəfə səfər etdiyini deyən V.Kotsere onda ölkəmiz haqqında böyük təəssüratların yarandığını vurğulayıb.

Baltik Beynəlxalq Akademiyasının professoru Stanislav Buka Heydər Əliyevin zəngin tarixi irsinin bu gün Latviyada təhsil alan azərbaycanlı tələbələrin şəxsində və onlar üçün Avropada yaradılmış geniş təhsil imkanlarında təzahür etdiyini, bütün bunların Azərbaycanı Avropa ilə birləşdirən bir amil olduğunu söyləyib.

Latviyada “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilib

Latviyada “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilib

Latviyada “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilib

Latviyada “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilib

Latviyada “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilib

Latviyada “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilib

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident