“Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident sarayında şəhid ailələri ilə görüşüb. Şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. 01.01.2019-cu il tarixinə 12779 şəhid ailəsi, 119 nəfər 20 yanvar şəhid ailəsi, 11994 nəfər Qarabağ əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49692 nəfər Qarabağ müharibəsi veteranı müavinətlə təmin olunur”.
Deputatın sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox-626 mənzil təqdim olunub: “İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilmişdir. Şəhid ailələrinə və müharibə əlillərinə Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütamadi olaraq artırılıb. Bununla da bu kateqoriyadan olan ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlətimizin başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimayyət tərəfindən rəğbətlə qarşılanıb.
2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman da buna bariz nümunədir. Şəhid hərbi qulluqçuların ailələrinə 11000 manat birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman bu ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm addımlardan biri olmaqla ölkə vətəndaşlarının rifahının yüksəldillməsinə yönələn ən hümanist addımlardan biri kimi qəbul edilməlidir. Bu Fərman ilə 9531 şəhid hərbi qulluqçunun vərəsəsinə nəzərdə tutulan birdəfəlik ödəmələr veriləcəkdir. Artıq 3,1 min nəfərin 4,2 min vərəsəsi birdəfəlik ödəməni alıb və bu proses 2019-cu ildə yekunlaşacaq. Dövlətimizin başçısı çıxışında bildirdi ki, Cocuq Mərcanlı bizim əyilməz iradəmizin rəmzinə çevrildi, onun yenidən qurulması hərbi qələbəmizin nəticəsində mümkün olmuşdur. “Aprel döyüşləri bütün dünyaya göstədi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq” deyən Prezident İlham Əliyev şəhid ailələrinə vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür etdi, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirdi”.