Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ekspert: Prezident İlham Əliyev şəhid ailələrinin daim dövlətin diqqət mərkəzində olduğunu bir daha göstərdi

Tarix:29-01-2019, 21:35

Ekspert: Prezident İlham Əliyev şəhid ailələrinin daim dövlətin diqqət mərkəzində olduğunu bir daha göstərdi


Prezident İlham Əliyev şəhid ailələrinin daim dövlətin diqqət mərkəzində olduğunu bir daha göstərdi.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır: "Atılan bütün addımlar, reallaşdırılan innovativ islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib. Son illər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik. Şəhid ailələrinə diqqət və qayğı isə dövlət başçımızın xüsusi olaraq nəzarətindədir. Elə bunun nəticəsidir ki, indiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, 2018-ci ildə isə 626 mənzil verilib. Bu il, həmiçinin bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzilin verilməsi planlaşdırılır”.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Prezident Sarayında şəhid ailələri ilə görüşü onlara olan diqqət və qayğının bariz nümunəsidir: “Görüşdə çıxış edən möhtərəm Prezidentimizin bəyan etdiyi “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim” fikirləri xalqa xidmət nümunəsinin parlaq təzahürüdür. Dövlətimizin başçısı bununla bir daha hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi, şəhid ailələri və bu kateqoriyadan olan insanların daim dövlətin diqqət mərkəzində olduğunu göstərdi. Hesab edirəm ki, bu amil xalq-iqtidar, xalq-Prezident birliyini daha da möhkəmləndirir, onu daha güclü və sarsılmaz edir.”

Ekspert vurğulayıb ki, bu günlərdə Azərbaycan Prezidentinin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı növbəti sərəncam bu kateqoriyadan olan insanlar, eyni zamanda, xalq tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılandı: “Sərəncama əsasən, ərazi bütövlüyümüz, müstəqilliyimiz və konstitusiya quruluşumuzun müdafiəsi ilə bağlı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinə 35 milyon manat ayrıldı. Bu, doğrudan da böyük diqqətdir, qayğıdır. Düşünmürəm ki, dünyanın hansısa ölkəsində vətəndaşa bu qədər qayğıkeş münasibət olsun. Hesab edirəm ki, möhtərəm Prezidentimizin atdığı növbəti humanist addımlar Onun xalqın qəlbindəki yerini daha əziz, əvəzedilməz edir, dünyaya əsl dövlət başçısı nümunəsini göstərir”.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident