Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Azərbaycanın gələcəyi etibarlı əllərdədir"

Tarix:4-02-2019, 14:08

"Azərbaycanın gələcəyi etibarlı əllərdədir"


İlham Əliyev: "Haqlı olaraq cənclərimizlə fəxr edə bilərik"

Dünən Bakı Konqres Mərkəzində 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə Prezident İlham Əliyev gənclərlə görüş keçirib və onlara öz tövsiyələrini verib. Görüşdə iştirak edən bir qrup gənc görüşlə bağlı təəssüratlarını bölüşdülər.

YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Fəsli Nəbiyev: "Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar dövrünü yaşayır"

- Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir"- deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin amalında Azərbaycan gənclərində ölkənin uğurlu inkişafına istiqamətləndirə biləcək potensialın yaradılması dayanır. Son 15 ildə görülən işlərə baxsaq, yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərən gənclər ordusunun formalaşdığını görmüş olarıq. Hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə uğurla çalışır, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır.İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə bütün dünyada, həm də informasiya müharibəsinin getdiyini nəzərə alsaq, vətəndaşlarımız, xüsusilə, gənclərimiz daha çox maarifləndirilməli, onlara daim ayıq-sayıq olmaları, elmli, savadlı gənclik olaraq yetişmələri aşılanmalıdır. Gənclərimiz bu dövrdə dövlət üçün təhlükə ola biləcək radikal cərəyanların təsirinə düşməməli, ölkəmizə zərbə vurmaq istəyən qüvvələrə qarşı daima mübarizə aparmalıdır. Doğrudur, Azərbaycanda özlərini müxalifət adlandıran və ölkəmizə zərbə vurmaq istəyən qüvvələr, ölkə başçısının söylədiyi kimi, 1993-cü ildə hakimiyyətdən qovulublar, ancaq gənclər bu istiqamətdə dayanmamalı, öz siyasi savadlarını artıraraq, haqlı mövqelərini məntiqli şəkildə müdafiə etməyi bacarmalıdırlar.Bu gün Azərbaycan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə islahatlar dövrünü yaşayır və bu islahatların əsas istiqamətlərindən biri də ölkənin iqtisadi potenisalının qeyri-neft sektoru əsasında, yəni kənd təsərüffatının, sənayenin və digər sahələrin möhkəmləndirilməsi dayanır. Bu baxımdan, gənclərimiz Cənab Prezidentin tövsiyyəsi əsasında öz bilik və bacarıqlarını genişləndirməli, müasir dövrün tələblərinə uyğun olaraq, formalaşıb ölkəmizin inkişafına töhfə verməlidir.Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyev Gənclər Günü münasibətilə təbriklərini çatdıraraq, gənclərə mühüm tövsiyə və tapşırıqlarını verdi. Xüsusilə, gənclərin vətənpərvərlik ruhunda yetişmələrinin zəruriliyini qeyd edərək, müasir dövrdə gənclərimizin əsas vəzifələrinin müstəqilliyimizi möhkəmləndirmək olduğunu vurğuladı, gənclərə öz inamını və dəstəyini bəyan edərək, onlara uğurlar arzuladı.

YAP Binəqədi rayon təşkilatı gənclər birliyi idarə heyətinin üzvü Kubra Əliyarlı: "Ölkəmizi uğurlu gələcəyə aparan bu siyasətə dəstək verəcəyik"

- Bu gün ölkə gəncləri üçün çox əlamətdar bir gündür. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və hər il yüksək təntənə ilə qeyd edilən 2 Fevral Azərbaycan Gəncləri Günü uğurlu icra edilir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə biz gənclər üçün yaradılan şəraiti yüksək qiymətləndiririk. Bütün sahələrdə gənclərimizin hərtərəfli - Vətəninə, dövlətinə və xalqına sadiq vətəndaşlar olaraq yetişmələri, onların bilik və bacarıqlarının, potensiallarının daha da artırılması üçün göstərilən diqqət və qayğının, həyata keçirilən islahatların müsbət nəticələrini öz həyatımızda hiss edirik. Dövlətin biz gənclərə göstərdiyi diqqət və qayğı, həm də gənclərin üzərinə böyük məsuliyyət qoyur. Dünyada fəxrlə qeyd etdiyimiz müstəqil Azərbaycanın çiçəklənməsi, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsi istiqamətində daim səylə çalışmalı, ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizi uğurlu gələcəyə aparan bu siyasətə dəstək verməliyik.Eyni zamanda, vurğulamaq istəyirəm ki, fevral ayının 1-də ölkə Prezidenti, daim gəncləri öz sevgisi, qayğısı ilə əhatə edən, gənclərin sevimli dostu Cənab İlham Əliyevin və Birinci Xanım Mehriban Əliyevanın respublika gəncləri ilə görüşü keçirildi. Görüşdə geniş nitq söyləyən Cənab Prezident bir sıra vacib məqamlara toxundu, gənclərimizə öz tövsiyyələrini və dəyərli fikirlərini çatdırdı. Bir gənc olaraq bu mötəbər tədbirdə iştirak etmək, bu tarixi hadisəyə şahidlik etmək məni olduqca qürurlandırdı. Həmin görüşdə Cənab Prezidentin söylədiyi bütün fikirlərə qoşularaq, onlara əməl edəcəyimizə, vətənpərvərlik ruhumuzu daim yüksək tutacağımıza, milli maraqlarımızı, mənəvi dəyərlərimizi daim qoruyacağımıza, bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi uğrunda əzmlə və qətiyyətlə çalışacağımıza söz veririk. Bu gün dünyada gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi bir vaxtda ölkəmizin sabitliyinin pozulmasına, xarici maraqlı qüvvələrin təhlükəsizliyimizə göz dikməsinə heç zaman imkan verməyəcək, daxili və xarici siyasəti xalqımızın maraqlarına xidmət edən siyasi liderimizin arxasında qürurla dayanacağıq.Sonda bütün gənclərimizi bu əlamətdar və eyni zamanda, tarixi hadisə münasibətilə ürəkdən təbrik edir və onlara ən xoş arzularımı çatdırıram.

YAP Suraxanı rayon təşkilatı aparatının əməkdaşı, gənclər birliyinin üzvü Ənvər Haqverdiyev:"Azərbaycan gənclər siyasətinin layiqli davamçısı kimi bundan sonra da əməli fəaliyyətimlə öz töhfəmi verəcəyəm".

- Mən də, bir qrup gənclərlə birlikdə "Bakı Konqres Mərkəzi"ndə Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika Toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə iştirak etdim. Tədbirlə bağlı müsbət təəssüratlarım kifayət qədərdir. Hesab edirəm ki, bu gün Cənab Prezidentin biz gənclərlə səmimi görüşü gənclər üçün böyük stimul olmuşdur. Hər bir gəncin bundan sonrakı həyat və fəaliyyətlərinə istiqamət vermişdir. Möhtərəm Cənab Prezidentin gənclərlə səmimi, dost kimi dialoq formasında öz nitqini qurması, böyük səmimiyyətlə öz gənclik illərini xatırlaması və o dövrlərdə gəncliyin qarşılaşdığı çətinlikləri bugünkü gəncliyin nəzərinə çatdırması böyük əhəmiyyətə malik hadisə oldu. Azərbaycan gənclərinin böyük imtiyazlara malik olduğunu qeyd edən Cənab Prezident, gənclərin qarşısında konkret vəzifələr qoyaraq, Azərbaycanın gələcək inkişafının gənclərin əlində olduğunu xüsusi vurğuladı. O, Azərbaycan sərhədlərini qoruyanların, vətənin müdafiəsində dayananların mütləq əksəriyyətinin gənclər olmasını vurğulayaraq, onların Azərbaycan cəmiyyətində iştirakının mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi. Bu, çox vacib anlardan idi. Daha sonra aprel döyüşləri zamanı Azərbaycan ordusunu təşkil edən gənclərin düşmənə şücaətini ən qəti şəkildə göstərməsi faktını xüsusi qeyd edən Cənab Prezident qəhrəman ordumuzla fəxr etdiyini vurğuladı.Cənab Prezident dövlət orqanlarında gənclərin işlə təmin olunmasının vacibliyindən bəhs edərək, onların işlə təmin olunması barədə tapşırıq və tövsiyələr verdiyini söylədi. Könüllülük prinsipi ilə çalışan gəncləri həvəsləndirməyin lazım olduğu vurğulayan Cənab Prezident "könüllülər" ordusundan gələcəkdə kadr bazası kimi istifadə olunmasının vacibliyini diqqətə çatdırdı. Gənc sahibkarların, siyasətçilərin, diplomatların yetişməsinin əhəmiyyətini xüsusi qeyd etdi.Azərbaycanın dövlət müstəqilliyinin əbədi və əzəli olduğunu deyən Cənab Prezident bunu qorumaq və saxlamaq üçün gənclərin yaxşı təhsil almalarını, çox çalışmalı olduqlarını, peşələrinə yaxşı yiyələnmələrini, vətənpərvər olmağı gənclərə tövsiyə etdi və gəncləri "Gənclər Günü" münasibəti ilə ürəkdən təbrik etdi. Başqa bir diqqətçəkən məqam isə natiqlərin çox diqqətlə seçilməsi və Azərbaycana ötən illər ərzində öz uğurları ilə töhfələr vermiş gənclərin ürək sözlərini ifadə etmələri tədbir iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılandı. İfadə olunan fikirlərin əsasında "Azərbaycançılıq ideyası və məfkürəsi" var idi. Çıxış edənlər arasında Qarabağ qazisi Kamil Musəvinin qətiyyətli və düşmənə qarşı barışmaz mövqeyi, milli qəhrəman Raqub Orucovun övladının vətənə olan sevgisi və Cənab Prezidentin xüsusi qayğı göstərməsi, onları öz balası kimi bağrına basması Bakı Konqres Mərkəzində kövrək anların yaşanmasına səbəb oldu. Mən bir gənc olaraq, çox böyük qürur hissi duyuram ki, Azərbaycan gənclər siyasətinin layiqli davamçısı kimi bundan sonra da əməli fəaliyyətimlə öz töhfəmi verəcəyəm. Cənab Prezidentlə keçirilmiş görüşdən sonra bir daha əmin oldum ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir.

"Azərbaycanın gələcəyi etibarlı əllərdədir"

"Azərbaycanın gələcəyi etibarlı əllərdədir"

"Azərbaycanın gələcəyi etibarlı əllərdədir"

"Azərbaycanın gələcəyi etibarlı əllərdədir"

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident