Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bəhruz Quliyev: "Gəncliyin gücünə, enerjisinə bütün dövrlərdə ehtiyac var"

Tarix:5-02-2019, 15:13

Bəhruz Quliyev: "Gəncliyin gücünə, enerjisinə bütün dövrlərdə ehtiyac var"


“Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə görüşü zamanı şəxsi həyatı ilə bağlı mühüm məqamları paylaşması onlara stimul verməklə yanaşı, eyni zamanda gənclik üçün bir nümunədir”.

O bildirib ki, Prezident İlham Əliyev gənclərlə görüşündə SSRİ rəhbərliyində böyük nüfuz sahibi olan Ulu Öndər Heydər Əliyevin sonradan Sovetlər İttifaqının düşməninə çevrilməsi və bunun nəticəsində problemlər yaşadığını gənclərə səmimi şəkildə etiraf etdi: “Dövlət başçısı pedaqoji fəaliyyətlə məşğul olduğunu və Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm dövlət vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ailəsinə qarşı mənfi münasibət göstərildiyini, işsiz qaldığını gənclərlə bölüşdü. Prezident İlham Əliyevin çətin zamanlarda öz iradəsi hesabına çıxış yolu tapması indiki gənclərimiz üçün örnəkdir”.

Prezident İlham Əliyevin gənc olaraq, 41 yaşında Azərbaycana rəhbərliyə başladığını xatırladan siyasi ekspert deyib ki, Azərbaycan gəncliyi 2003-cü ildə hakimiyyətə gələn dövlət başçısı ətrafında cəmləşərək Cənab Prezidenti gənclərin lideri kimi qəbul etdi və əsası Ulu Öndər tərəfindən qoyulan uğurlu siyasətin yanında olduğunu göstərdi: “16 ildir gənclərin dostu olan Prezident gənclərlə görüşü zamanı etdiyi səmimi etiraflarla nümunəvi yanaşma ortaya qoydu”.

B.Quliyev söyləyib ki, dövlət başçısının görüş zamanı səsləndirdiyi “Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər” fikri gənclərə heç nədən çəkinməmək, ailə, dövlət, dövlətçilik üçün çalışmaq, milli ruhda böyümək, vətənpərvər övlad kimi yetişmək istiqamətində mühüm mesaj idi".

Müstəqil Azərbaycanın xoşbəxt gəncliyinin olduğunu deyən ekspert deyib ki, bu gün ölkə gəncliyi milli ruh, milli kimliyə malikdir: “Azərbaycan gəncliyi ötən dövrlərlə müqayisədə bu gün daha çox diqqət, qayğı ilə əhatə olunub. Ölkə başçısının görüş zamanı gənclərimizin işlə təmin olunması ilə bağlı həm dövlət, həm də özəl sektorlara verdiyi tövsiyyə Azərbaycanda gəncliyə göstərilən diqqətin bariz göstəricisidir. Azərbaycan gəncliyi onlara göstərilən bu diqqətdən yararlanmalı, öz fəaliyyətləri ilə müstəqil dövlətçiliyimizin möhkəmlənməsində öz potensialını, enerjisini ortaya qoymalıdırlar. Gəncliyin gücünə, enerjisinə bütün dövrlərdə ehtiyac var. Çox sevindiricidir ki, bu gün gənclik enerjisi müstəqil Azərbaycanın inkişafı istiqamətində, güclü dövlətin liderin rəhbərliyi ətrafında cəmlənərək dövlət, xalq uğrunda mübarizədə istifadə olunur”.

Prezident İlham Əliyevin söylədiyi kimi Azərbaycan gəncliyinin sağlam ruhda böyüdüyünü dilə gətirən B.Quliyev qeyd edib ki, müstəqil dövlətin bəhrəsi olan Azərbaycan gəncliyi bu gün müxtəlif tribunalarda, yarışlarda ölkəni yüksək səviyyədə təmsil edirsə, bu gənclərimizin peşəkar, iradəli, vətənpərvər olmasından xəbər verir: “Bildiyiniz kimi gənclərimiz Avropa Oyunlarında komanda hesabında ikinci yeri, İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutub. Azərbaycan gəncliyinin qazandığı bu uğurlar ölkəmizdə həyata keçirilən gənclər siyasətinin düzgün aparıldığını göstərir. Qanunlar, həyata keçirilən dövlət proqramları, layihələr Azərbaycan gəncliyinin inkişafında çox mühümdür. Amma bu uğurların mərkəzində liderin şəxsi iradəsi dayanır. Məhz bu iradənin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan dövlətin güclənməsində gənclik enerjisindən istifadə olunur”.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident