Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yeni Azərbaycan Partiyasında gənclərlə görüş keçirilib

Tarix:5-02-2019, 18:25

Yeni Azərbaycan Partiyasında gənclərlə görüş keçirilib

Fevralın 5-də Yeni Azərbaycan Partiyasında (YAP) gənclərlə görüş keçirilib.

Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov fevralın 1-də Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Gənclər Günü münasibətilə gənclərlə böyük bir toplantı keçirdiyini, onlara öz tövsiyələrini verdiyini, gənclərin dövlətin diqqət mərkəzində olması ilə bağlı mesajlarını çatdırdığını xatırladıb. O deyib ki, Azərbaycan Prezidenti gənclərlə dialoqa böyük önəm verir. Bütövlükdə əhali ilə dialoqun qurulması Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir.

Qeyd edilib ki, YAP-ın 700 mindən çox üzvünün əksəriyyəti gənclərdir. Hər il partiyaya 25-30 min yeni üzv qəbul olunur və bu üzvlər arasında gənclər üstünlük təşkil edir. Bu, o deməkdir ki, gənclər Heydər Əliyev irsini öyrənməyə önəm verir, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bunu YAP-a üzv olmaqla nümayiş etdirirlər. Seçki kampaniyalarının uğurla baş tutmasına da gənclər böyük töhfələrini verirlər.

“Partiya öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər. 2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizəd qismində iştirak etsinlər və özlərini sınasınlar. Bununla da ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər”, - deyə YAP sədrinin müavini bildirib.

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib