Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Hər bir gənc dövlətinə, millətinə yararlı bir vətəndaş olmalıdır”

Tarix:6-02-2019, 14:52

"Hər bir gənc dövlətinə, millətinə yararlı bir vətəndaş olmalıdır”


“Bu il müasir Azərbaycan gənclər siyasətinin düz 25 ili tamam olur. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Nazirlik bu il 25 yaşını qeyd edir. Gənclər siyasətinin əsas təməli Azərbaycanı gələcəkdə idarə edəcək və daha da irəliyə aparacaq yeni nəslin formalaşmasını, yetişməsini təmin etmək idi”.

Nazirlik rəsmisinin sözlərinə görə, gənclər siyasətinin əsası Ulu Öndərin müəyyənləşdirdiyi iki prinsip üzərində qurulub: “Ümummilli Lider deyirdi ki, Azərbaycan gəncliyi mənəvi cəhətdən saf və fiziki cəhətdən möhkəm olmalıdır. Təbii ki, biz müstəqillik əldə etdikdən sonra dünyaya açılmalıydıq və öz dəyərlərimizi dünyaya təqdim etdiyimiz kimi bizə də müxtəlif dəyərlər gəlib daxil olacaqdı. Ötən dövrləri müşahidə və təhlil etdikdə görürük ki, bütün sferalarda (təhsildə, iqtisadiyyatda və s.) gənclər məhz bu amillər üzərində daha çox tərbiyələnib və daha çox bu amillər üzərində dövlətin siyasəti qurulub. Cənab Prezident İlham Əliyev gənclərlə görüşündə müasir dövr Azərbaycan gəncliyinin portretinin necə olması ilə bağlı ümumi cizgilərini verdi. Təbii ki, bunlar hamısı da vətənpərvərlik, milli ruh, mənəvi dəyərlər, soykökümüzə hörmət və milli təfəkkürdən xəbər verir. Yəni bunlar üzərində Azərbaycan gəncliyinin porteti göstərildi və qeyd olundu ki, Azərbaycan gəncliyi necə olmalıdır.

Bu gün dövlətin gənclər siyasəti çox şaxələnib. Dövlətin gənclər siyasəti vaxtilə 1994-cü ildə yarananda heç infrastrukturu belə yox idi. Amma bu gün çox böyük infrastruktura malikdir. Bu gün artıq 40-dan artıq Gənclər evləri var, 44-dən artıq Olimpiya İdman Kompleksləri var, eyni zamanda regionlarda Heydər Əliyev Mərkəzləri var. Bununla da gənclər üçün yeni imkanlar yaranıb. Eləcə də 20-dən artıq dövlət proqramları, qanun, strategiyalar qəbul olunub. Bu şəraitdən hər bir gənc maksimum istifadə etməli və fərd olaraq inkişaf edib dövlətinə, millətinə yararlı bir vətəndaş olmalıdır”.

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib