Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir

Tarix:18-02-2019, 17:22

Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən uğurlu siyasət nəticəsində son illərdə Azərbaycan sürətlə inkişaf edərək böyük iqtisadi uğurlar əldə edib. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrufatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatı 1,8 milyard dollardan 46 milyard dollara çatıb.

Bunu Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyev deyib.

Sədr müavini deyib ki, əldə olunan bu iqtisadi uğurlar ölkədə geniş sosial islahatlar artırılmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə şərait yaradıb: "Ölkədə 2 milyon yeni iş yeri açılıb, əmək haqqı 7 dəfə, pensiyalar 9 dəfə artıb. İşsizlik səviyyəsi 5 faizə, yoxsulluq səviyyəsi 49 %-dən 5,4 %-ə endirilib. Son 15 ildə 3 min 200 dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb".

R.Əliyevin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsinin əlillərinə xüsusi diqqət və qayğı göstərilir. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident tərəfindən imzalanan ilk fərman da buna bariz nümunədir. Şəhid hərbi qulluqçuların ailələrinə 11 000 manat birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu Fərman bu ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm atdimlardan biridir:

"2019-cu il yanvarın 1-i tarixinə 12 779 şəhid ailəsi, 119 nəfər 20 Yanvar şəhid ailəsi, 11 994 nəfər Qarabağ əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49 692 nəfər Qarabağ müharibəsi veteranı müavinəti ilə təmin olunur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox, 626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə, müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövürdə mütəmadi olaraq artırılıb. Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2019-cu il tarixli Fərmanı ilə 01.02.2019-cu il tarixdən şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği 242 manatdan artırılaraq 300 manat müəyyən edilib".

Millət vəkili qeyd edib ki, Prezidentin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə bu ilin mart ayının 1-dən minimum əmək haqqının 38,5 % (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda, eləcə də özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artırılmasına imkan verəcək:

"Minimum əmək haqqının artırılması üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayı üçün (mart-dekabr) 335 milyon manatadək əlavə vəsait ayrılacaq.

Azərbaycan Respublikası Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Milli Elimlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 14 fevral 2019-cu il tarixli sərəncamı, “Azərbaycan Respublikasının ali məktəbləri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi ilə bağlı 14 fevral 2019-cu il tarixli Fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elimlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri orta hesabla 20 % artırılır. Bu da 600-ə yaxın doktorantı və 110 mindən artıq tələbəni əhatə edir.

Bu yaxınlarda əmək pensiyalarının minimum məbləğinin 116 manatdan 160 manatadək artırılması da nəzərdə tutulur. Bu da təxminən 38 % artım deməkdir. Bu artımdan 233 min əmək pensiyaçısı yararlanacaqdır. Bu artımın maliyyələşməsi üçün ildə dövlət büdcəsindən 49 milyon manat vəsaitin ayrılacaqdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin sosial-rifah halının daha da yaxşılaşdırılmasını təmin edən son fərman və sərəncamları bir daha göstərir ki, Prezidentin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı, onun sosial-rifah halının durmadan yüksəldilməsi dayanır və bu siyasət bundan sonra da uğurla davam etdiriləcək".

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident