Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə işçi qrupun növbəti görüşü yazda baş tutacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bratçikov deyib.
O bildirib: "Demarkasiya prosesi razılaşdırıldığı kimi rəvan şəkildə davam edir. Düşünürəm ki, bu işə də nəzarət edəcək Xələf Xələfovun rəhbərliyi altında sərhədləri tez bir zamanda demarkasiya edə niləcəyik".
İ.Bratçikob əlavə edib ki, növbəti görüşün keçiriləcəyi yer isə hələ dəqiq məlum deyil.
O, işçi qrupun növbəti görüşünün yaxın aylardan gec olmayaraq keçiriləcəyinə ümid etdiyini qeyd edib