Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan "Formula - 1" yarışı üçün ideal məkana çevrilib

Tarix:6-03-2019, 20:40

Azərbaycan "Formula - 1" yarışı üçün ideal məkana çevrilib


Dövlət başçısının Sərəncamı ilə "Formula - 1" Azərbaycan «Qran-Pri»sinin təşkili və keçirilməsi ilə bağlı ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib

Azərbaycanın idman tarixində yeni bir səhifə olan elit yarışmalar sırasında yer alan "Formula-1" yarım əsrdən artıq tarixində yaddaqalan zamanını yaşayır. 2016-cı ildən başlayararaq, paytaxtımızda keçirilən "Formula-1" yarışlarının yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb. Müasir dünyanın idman ölkəsi kimi tanıdığı Azərbaycanda dövlət başçısının ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, ölkəmizdə idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq, beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini atırıb. Təbii ki, Azərbaycanda idman infrastrukturunun mövcudluğu beynəlxalq yarış keçirilməsinə imkan yaradıb. Dünyanın idman arenasında özünə layiqli yer tutan Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsində, iqtisadi nailiyyətlərimiz də əsas amillərdəndir. Artıq paytaxtımızda növbəti "Formula-1" Azərbaycan «Qran-Pri»sinin start götürməsinə az qalıb. Aprelin 26-28-də keçiriləcək "Formula-1" Azərbaycan «Qran-Pri»sini keçirmək, bütün iştirakçıları və qonaqları hər zaman olduğu kimi, növbəti dəfə də yüksək səviyyədə qarşılamaq üçün lazımi tədbirlər görülüb. Təbii ki, Bakının ev sahibliyi edəcəyi böyük idman yarışı maraqlı və əyləncəli olacaq. Ölkəmizə gələcək "Formula-1" iştirakçıları və qonaqlar, bir daha Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti, multikultural mühiti ilə yaxından tanış ola biləcəklər. Hər il olduğu kimi bu il də minlərlə turistin ölkəmizə yarışları izləmək üçün gələcəyi şübhəsizdir. Martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin "Formula - 1" Azərbaycan «Qran-Pri»sinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə dair Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda keçiriləcək "Formula - 1" «Qran-Pri»si ilə əlaqədar ölkəmizə gələn, "Formula - 1" yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartını, habelə, yarışa bilet və ya biletin əldə olunmasını təsdiqləyən sənədi təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər martın 15-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.
Bundan başqa, Xarici İşlər Nazirliyinə «Qran-Pri» ilə əlaqədar Azərbaycana gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə, Azərbaycan Prezidentinin 2016-cı il 1 iyun tarixli Fərmanına əsasən, təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə "Formula One Management Limited" şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat vermək tapşırılıb.
Eləcə də, «Qran-Pri» ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın nazirliyin, eləcə də, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək barədə tapşırıq verilib.
Sərəncamda, həmçinin, Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə «Qran-Pri» ilə əlaqədar ölkəmizə gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.
Təbii ki, bu il "Formula - 1" «Qran-Pri»si ilə əlaqədar Azərbaycana gələn şəxslərin sayı daha çox olacaq. Belə ki, bilet satışları ötən illə müqayisədə daha çoxdur. Keçən ilin eyni dövrü ilə müqayisədə bilet satışında daha böyük artım müşahidə olunur. İndiyədək 46 ölkədən bilet alınıb və bu rəqəm hər ötən gün artaraq, daha geniş coğrafiyanı əhatə edir. Hazırda Rusiya və Böyük Britaniyadan sonra Azərbaycan «Qran-Pri»sinə ən çox maraq göstərən ölkələr Gürcüstan, Avstriya, Hollandiya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyadır.
Görülən işlər, həyata keçirilən tədbirlər bu fikri təsdiqləyir ki, "Formula - 1"-in Bakıda təşkili dünya avtoidman ictimaiyyətinin Azərbaycan «Qran-Pri»sinə marağını daha da artırır.

Azərbaycan "Formula - 1" yarışı üçün ideal məkana çevrilib

Azərbaycan "Formula - 1" yarışı üçün ideal məkana çevrilib

Azərbaycan "Formula - 1" yarışı üçün ideal məkana çevrilib

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident