Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan-Fransa münasibətləri yeni müstəvidə

Tarix:14-03-2019, 21:18

Azərbaycan-Fransa münasibətləri yeni müstəvidə


Azərbaycanın Birinci vitse-prezidentinin Fransaya səfəri ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verəcək

Bu gün Azərbaycan dünya ölkələri ilə münasibətləri dostluq, qarşılıqlı hörmət əsasında qurub və bu əlaqələr bir çox sahələri əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycan Fransa əlaqələri də daimi diqqətdə saxlanılıb. Azərbaycan-Fransa arasında mülki müdafiə, aeronavtika, elmi əməkdaşlıq, turizm, qadın və uşaqların cəmiyyətdə yeri məsələləri haqqında sazişlər imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin iyulunda bu ölkəyə səfəri və səfər çərçivəsində Fransa prezidenti Emanuel Makronla görüşü ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadı.
Bu günlərdə isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Fransa Respublikasına səfəri mövcud əlaqələrin və münasibətlərin daha bir təzahürüdür. Bu səfər Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləmiş oldu. Səfər çərçivəsində Mehriban xanım Əliyeva, bu ölkənin Baş naziri Eduard Filip ilə görüşü zamanı, ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu bildirərək, bu səfərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu deyən Mehriban xanım Əliyeva Azərbaycanda 59 fransız şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb və fransız şirkətlərini ölkəmizdə daha fəal olmağa çağırıb.

ÖLKƏLƏR ARASINDA YENİ LAYİHƏLƏR HƏYATA KEÇİRİLƏCƏK

Görüşdən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın və Baş nazir Eduard Filipin iştirakı ilə Azərbaycan-Fransa sənədlərinin - Azərbaycan Respublikası ilə Fransa İnkişaf Agentliyi arasında "Dəmir yolu sektorunun inkişafı proqramı çərçivəsində "Şimal-Cənub Nəqliyyat Dəhlizi"nin Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına dair Konvensiya"nın, "Azərbaycan Mərkəzi Bankı ilə "Rotchild & Cie" Bankı arasında Strateji Əməkdaşlıq Sazişi"nin, "Əməliyyat Nəzarəti Mərkəzinin yaradılmasına dair araşdırma müqaviləsi"ni və digər sənədlərin imzalanması mövcud əlaqələrin daha da inkişafına öz töhfəsini verəcəkdir.
Mehriban xanım Əliyeva ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyini vurğulayıb. Bildirib ki, tezliklə konkret layihələrin həyata keçirilməsinə başlanılmalıdır. Azərbaycandakı iqtisadi inkişaf proseslərindən danışan Mehriban Əliyeva ölkəmizin Dünya Bankının "Doing Business" hesabatında 32 pillə irəliləyərək, 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasında olduğunu diqqətə çatdırıb.

"MƏN ÇOX ŞADAM Kİ, SON İLLƏR FRANSA İLƏ AZƏRBAYCAN ARASINDA HUMANİTAR ƏLAQƏLƏR YENİ SƏVİYYƏYƏ YÜKSƏLMİŞDİR"

Azərbaycanla Fransa arasında əlaqələrinin inkişafından danışarkən, humanitar sahədə olan əməkdaşlığı da vurğulamalıyıq. Bu əlaqələrin tarixi kökü olsa da, bu gün yeni müstəvidə inkişafdadır. Mehriban Əliyeva çıxışlarının birində, qeyd etdiyi kimi, tarix boyu dilindən-dinindən asılı olmayaraq, insanları və xalqları birləşdirən humanitar sahəyə biz diqqətlə yanaşırıq: "Mən çox şadam ki, son illər Fransa ilə Azərbaycan arasında humanitar əlaqələr yeni səviyyəyə yüksəlmişdir". Azərbaycan dövləti Luvr Muzeyinin İslam İncəsənəti Departamentinin bərpasında iştirak edib, Heydər Əliyev Fondunun səyləri ilə Strasburqun Kafedral kilsəsi, Fransanın digər rayonlarında tarixi və memarlıq abidələri bərpa olunub. Fransa incəsənəti ölkəmizdə hər zaman yüksək dəyərləndirilib və fransız dilinə, ədəbiyyatına və musiqisinə olan rəğbət bütün dövrlərdə hiss olunubdur. Keçmişə nəzər salsaq, Fransa-Azərbaycan mədəni tellərini sadalamaq da mümkündür. Bu sırada hələ XIX əsrdə məşhur yazıçı Aleksandr Dümanın ölkəmizə səfəri və səfər zamanı xan qızı Xurşidbanu Natəvan ilə görüşü, dahi Üzeyir bəyin 1995-ci ildə Parisin "Femina" Teatrında fransız dilində tamaşaya qoyulmuş "Arşın mal alan" operettası, Fransada vaxtilə nəşr olunan "Qafqaz" jurnalının redaktoru Ceyhun Hacıbəylini və Fransa ədəbiyyatına "Banin" imzası ilə daxil olan və ilk fransızdilli yazıçımız Ümbülbanu Əsədullayevanı xatırlamaq olar. Bütün bu şəxsiyyətlər Azərbaycan-Fransa mədəni əlaqələrinə silinməz töhfələr veriblər.
Müasir dövrdə müstəqil Azərbaycan, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də Fransa dövləti ilə əlaqələrini möhkəmləndirir və çox yüksək dəyərləndirir. Fransanın paytaxtında və regionlarında Azərbaycanın mədəniyyət günləri təşkil olunur, müxtəlif sərgilər, festivallar, konsertlər keçirilir.

ÖLKƏLƏR ARASINDA DOSTLUQ ƏLAQƏLƏRİ QARŞILIQLI HÖRMƏT VƏ MARAĞA ƏSASLANIR

Görüş çərçivəsində Mehriban Əliyeva humanitar, mədəniyyət və elm sahələrində əməkdaşlıqdan danışarkən, Mehriban xanım Əliyeva bildirib ki, Azərbaycanda fransız dilinə və ədəbiyyatına böyük maraq var, ölkəmizin 300-dən çox məktəbində fransız dili tədris olunur. Bundan əlavə, Azərbaycan Dillər Universitetində Fransız Dili və Ədəbiyyatı Mərkəzi, Bakı Slavyan Universitetində Fransız Dili Mərkəzi, Bakı Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir. Bu gün Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır, bir çox Fransa universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Azərbaycanın paytaxtı Bakıda Fransız Liseyi fəaliyyət göstərir. Bakıda Fransız-Azərbaycan Universitetinin yeni tədris binasının açılışı bu əlaqələrin daha da inkişafına töhfələr verir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, əgər ilkin olaraq, Azərbaycanda Fransız Liseyi açılmışdırsa, indi isə, artıq universitet də fəaliyyət göstərir. Qeyd edək ki, bu ali təhsil ocağı 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaranıb. Bu, ölkələr arasında əlaqələrin möhkəmlənməsi və genişləndirilməsində daha bir addım oldu.
Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtında və digər iyirmi şəhərində Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyətini təmsil edən sərgilər, konsertlər və digər tədbirlər keçirilib. Parisdə dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar keçirilib. Miluz şəhərinin Yuxarı Alzas Universitetinin filologiya fakültəsinin konfrans zalı Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən qurulub və zala Məhsəti Gəncəvinin adı verilib.
Görülən işlər xalqlar və ölkələr arasında dostluq əlaqələrini genişləndirib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uğurlu Fransa-Paris səfəri, keçirilən görüşlər milli maraqlara xidmət edən siyasətdən qaynaqlanır. Bu münasibətlər qarşılıqlı hörmət və marağa əsaslanır.

Azərbaycan-Fransa münasibətləri yeni müstəvidə

Azərbaycan-Fransa münasibətləri yeni müstəvidə

Azərbaycan-Fransa münasibətləri yeni müstəvidə

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident