Azərbaycan və Avropa İttifaqı (Aİ) gələn həftə Brüsseldə tərəfdaşlıq haqqında yeni sazişi, həmçinin ümumi aviasiya məkanının yaradılması barədə sazişi müzakirə edəcək.
O, həmin sazişlər barədə danışıqların davam etdirildiyini deyib:
“Biz əvvəllər olduğu kimi, tez bir zamanda hərtərəfli sazişin əldə olunması üçün çalışırıq. Bu səylər həm tərəfdaşlıq, həm də aviasiya sazişinə aiddir. Aprelin 4-də Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının görüşü baş tutacaq və hər iki saziş üzrə irəliləyişlər yüksək səviyyədə müzakirə olunacaq”.