Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Vyana görüşünün əsas MƏQAMLARI

Tarix:1-04-2019, 14:49

Vyana görüşünün əsas MƏQAMLARI


“Vyana görüşünün əsas nəticələrindən biri tərəflərin birbaşa danışıqları davam etdirmək qərarına gəlməsi oldu”.

ATƏT-in Minsk qrupu həmsədrlərinin danışıqların konstruktiv məcrada getdiyini bəyan etdiyini xatırladan politoloq söyləyib ki, Azərbaycan dövlət və Ermənistan hökumət başçılarının görüşündə humanitar tədbirlərin görülməsi, atəşkəs rejiminə riayət edilməsi barədə razılıq əldə olunub ki, bu da təmas xəttində istər hərbi qulluqçularımızın, istər də mülki əhalinin həyatının təhlükəsizliyinin qorunması baxımdan xüsusilə bizim üçün önəmlidir: “Çünki atəşkəsi bir qayda olaraq Ermənistan pozur. Birbaşa əlaqə mexanizmlərinin təkmilləşdirilməsi barədə razılıq da bu baxımdan əhəmiyyətlidir ki, Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan operativ, birbaşa, üçüncü tərəfin vasitəçiliyi olmadan əlaqə saxlaya bilərlər”.

N.Məmmədov bildirib ki, Prezident İlham Əliyev TASS informasiya agentliyinə verdiyi açıqlamada da danışıqların formatının saxlanılmasının əhəmiyyətini qeyd edib: “Ölkə başçısı müsahibəsində bildirdi ki, danışıqlar prosesi humanitar aksiyalarla dəstəklənməlidir. Dövlət başçısı vurğuladı ki, “Biz substantiv danışıqlar aparılması lazım olan situasiyaya qayıtmışıq. XİN başçılarına danışıqları davam etdirmək göstərişi verilib"”.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin Rusiya agentliyinə müsahibəsi zamanı qeyd etdiyi əsas məqamlardan biri Vyanada aparılan danışıqların prosesinə məsələnin mahiyyəti üzrə yeni başlanğıc, impuls verməsi ilə bağlı oldu: “Prezident haqlı olaraq qeyd etdi ki, ilk yerdə Azərbaycanın beynəlxalq hüquq, Helsinki yekun aktı və BMT-nin 4 qətnaməsi çərçivəsində tanınmış sərhədlərinin bərpası həyata keçməlidir. Ermənistan baş naziri Paşinyan da ölkəsinin Avstriyadakı səfirliyində erməni diasporu nümayəndələri ilə görüşdə danışıqlarla bağlı müsbət fikir bildirərək qeyd edib ki, "əsas odur ki, tərəflər problemlər barədə danışmağa başlayıblar"”.

N. Məmmədova qeyd edib ki, dövlət rəhbərləri arasında iki saatlıq təkbətək görüşdən sonra liderlərin açıqlamaları, gəldikləri müəyyən razılaşmalar danışıqların əvvəlki format üzrə aparılması, Ermənistan baş nazirinin rəsmi tərəf kimi ilk dəfə danışıqlarda iştirakı və bu prosesdə davamlı iştiraka razılıq verməsi, danışıqların humanitar aksiyalarla dəstəklənməsi, iki ölkə rəhbərinin birbaşa əlaqə kanallarının təkmilləşdirilməsi baxımdan əhəmiyyətli hesab oluna bilər.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident