Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan ilə Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Tarix:16-04-2019, 19:15

Azərbaycan ilə Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Moskvada Xantı-Mansiysk Muxtar Dairəsinin (Yuqra diyarı) qubernatoru Natalya Komarova ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu arasında işgüzar görüş olub.

Görüşdə tərəflər iqtisadi, mədəni, elm və təhsil sahələrində Regionlararası əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

Qeyd edilib ki, 2018-ci ildə Moskvadakı Tverskaya meydanında “Azərbaycanın payız nemətləri” festivalı keçirilib. Rusiya paytaxtının 70 mindən çox sakini və qonaqları bu festivalda Azərbaycanın mədəniyyəti, ənənələri, xalq rəqsləri və əlbəttə, milli mətbəxi ilə tanış olublar.

Bununla əlaqədar Natalya Komarova Azərbaycandan olan qonaqları, respublika regionlarının rəhbərlərini, müvafiq idarələrin başçılarını BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Şimali Afrika) və ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) ölkələrinin iştirakı ilə iyunun 10-11-də Xantı-Mansiyskdə keçiriləcək “Yuqra diyarının malları” adlı sərgi-foruma və beynəlxalq informasiya-kommunikasiya forumuna dəvət edib.

Qeyd edək ki, keçən il Xantı-Mansiysk Muxtar Dairəsində “Neftin yolu” mediaekspedisiyası” adlı beynəlxalq layihəyə start verilib. Bu layihənin məqsədi Yuqrada və Azərbaycanda neft yataqlarının mənimsənilməsi tarixi barədə mediakontent yaradılması üçün neft profilli ali məktəblərin tələbələrini və gənc müəllimlərini birləşdirməkdir. Nəzərdə tutulur ki, ekspedisiyanın iştirakçıları Xantı-Mansiysk Muxtar Dairəsində, Tatarıstanda, Başqırdıstanda və Azərbaycanda neft yataqlarına baş çəkəcəklər. Bundan əlavə, Rusiyanın və Azərbaycanın neft profilli ali məktəblərinin əməkdaşlığı haqqında Bəyannamə imzalanması nəzərdə tutulur. Mediaekspedisiyanın sonunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Fərman Salmanovun xatirə lövhəsi vurulacaq, Rusiya yataqlarından çıxarılmış neft nümunələri kolleksiyası bu ali məktəbə təqdim ediləcək.

Səfir Polad Bülbüloğlu vurğulayıb ki, mediaekspedisiyanın formatı bu cür layihələrin həyata keçirilməsi üçün son dərəcə maraqlıdır.

Görüş başa çatanda səfirə “Neftin yolu” mediaekspedisiyası”nın gələcək iştirakçıları adından rəmzi idman köynəyi hədiyyə edilib. Köynəyin üzərində Fərman Salmanovun tarixi teleqramının mətni yazılıb: “Mən nefti tapdım. Bax belə. Salmanov”.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident