Azərbaycan 183 xarici ölkə ilə diplomatik əlaqələrə malikdir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimat mərasimi zamanı məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycanın 59 ölkədə səfirliyi, 9 şəhərdə baş konsulluğu, 17 ölkədə fəxri konsulluğu, 19 beynəlxalq təşkilat yanında nümayəndəliyi fəaliyyətdədir.