Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri mühüm önəm kəsb edir

Tarix:4-04-2025, 10:44

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri mühüm önəm kəsb edir

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri mühüm önəm kəsb edir. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin iki tərəfli və nümayəndə heyəti ilə birlikdə apardıqları müzakirələr ölkələr arasındakı əlaqələrin inkişafında vacib əhəmiyyətə malikdir.
Abbas Əliyev vurğulayıb ki, dövlət başçılarının mətbuata verdiyi bəyanatlarda da vacib məsələlərə toxunulub: “Prezident İlham Əliyev Almaniya prezidentinin Azərbaycana səfərinin əhəmiyyətindən bəhs edərək, bunun əlaqələrimizə yeni müsbət təkan verəcəyini bildirib. Qeyd olunub ki, həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilib. Bu baxımdan Cənab Prezident İlham Əliyev 2 ölkə arasında iqtisadi sahədə əldə edilmiş nəticələrə diqqət çəkib. Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Almaniya arasındakı ticarət dövriyyəsinin təxminən üç dəfə artıdığı qeyd edilib. Bunun əsas səbəblərindən biri kimi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artmasının olduğu bildirilib. Eyni zamanda ölkələr arasında gələcək illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi ilə bağlı daha fəal addımların atılmasının vacibliyi önə çəkilib. Xüsusilə bərpaolunan enerji sahəsində Almaniya şirkətlərinin təcrübəsinin tətbiqinin mümkünlüyü vurğulanıb. Sözsüz ki, Azərbaycanın bu istiqamətdə çox böyük proqramı və planları mövcuddur. Məhz ölkəmizin əsas prioritelərindən biri xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü altı giqavata çatdırmaq hədəfi var”.
YAP Abşeron rayon təşkilatının sədri Prezident İlham Əliyevin mətbuat konfransında həmçinin 2024- cü il Bakıda keçirilən COP29 beynəlxalq iqlim konfransının uğurlu nəticələrini də ali qonağın diqqətinə çatdırdığını bildirib: “Keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi fonunda bu istiqamətdə Almaniya ilə çox fəal əməkdaşlıq edilib. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi və bu amil onun qlobal əhəmiyyətli bir konfrans olduğunu, uğurlu nəticələrlə yadda qaldığını sübut edir. Ermənistandan başqa bütün dünya ölkələrinin iştirak etdiyi COP29 konfransında tarixi qərarlar qəbul edildi. Sözsüz ki, Ermənistanın bu konfransda iştirak etməməsi təəssüf hissi doğurur. Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda İrəvan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Cənab Prezident də mətbuata vermiş olduğu bəyanatda bu məqamlara xüsusi olaraq toxundu və bu halın Azərbaycanda səfərdə olan Almaniya prezidentinin də diqqətinə çatdırıldığı qeyd edildi”.
A.Əliyev vurğulayıb ki, dövlət başçılarının mətbuat konfransında Azərbaycanın 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkdiyi, xalqımızın etnik təmizləməyə məruz qaldığı, bir milyon azərbaycanlının məhz erməni aqressiyasına görə evsiz-eşiksiz qalıb və torpaqlarımızın təxminən 20 faizinin işğal altına düşdüyü qeyd edilib. Eyni zamanda beynəlxalq təşkilatların bu məsələ ilə bağlı ciddi addım atmadığı Azərbaycannın bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etdiyi Almaniya prezidentinin və nümayəndə heyətinin iştirak etdiyi mətbuat konfransında bəyan edilib. Məhz Azərbaycanın əldə etdiyi tarixi Zəfər sülh danışıqlarına yol açıb. Bunun fonunda bu gün Ermənistanla sülhün əldə edilməsində mövqelər bir-birinə kifayət qədər yaxındır”.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu