Vətənimiz Azərbaycan – Şərqin zəngin tarixə və yüksək mədəniyyətə malik ən qədim ölkələrindən biridir. Əlverişli təbii şəraiti, 11 dünya iqlim qurşağından 9-nun burada mövcudluğu, əkinçilik və maldarlıq ənənəsi, coğrafi mövqeyi burada özünəməxsus abu- hava yaranmasına səbəb olmuşdur. Azərbaycan kulinariya, mətbəx mədəniyyəti ənənələri də xüsusi şəraitdə inkişaf etmişdir. Azərbaycan milli mətbəxinin tarixi xalqın tarixi qədər qədimdir. Bir çox Azərbaycan xörəklərinin adlarına qədim yazılı mənbələrdə, səyyahların xatirələrində rast gəlmək olur. Amma çox təəssüf ki, son illər bizim bəzi milli xörəklərimiz səhvən başqa xalqların menyusuna daxil edilir və bir çox insanlarda yanlış təsəvvür yaradılır. Bilirik ki, zaman-zaman ermənilər bizim həm musiqimizi, həm də mətbəximizi özününküləşdirməyə çalışıblar. Xoşbəxtlikdən Azərbaycanın mədəni irsini qorumaq və dünyada tanıtmaq üçün Heydər Əliyev Fondu, bu mötəbər təsisatın prezidenti Mehriban xanım Əliyeva çox böyük işlər görür.
Milli mətbəximizi qorumaq və yeni nəsillərə ötürmək məqsədi ilə iyulun 12-də 17 saylı körpələr evi-uşaq bağçasında “Rəngli Mətbəx” adlı tədbir kecirilib.
Tədbirdə RTŞ-nın məktəbəqədər təhsil müəssisələri üzrə metodisti Samirə Məmmədova , valdeyinlər, bağçanın rəhbərliyi və kolektivi iştirak ediblər.
Festival çərçivəsində keçirilən tədbirdə çıxış edən 17 saylı körpələr evi- uşaq bağçasının müdiri Gülnar Nəbi bildirib ki, əsas məqsədimiz balaca fidanlar arasında milli mətbəximizin təbliği və aşılanmasıdır. O, həmçinin Abşeron RİH-nin təşkilatçılığı ilə bu günlərdə kecirlən “ Dolma Festivalı “ haqqında qonaqlara və iştirakçılara geniş məlumat verdikdən sonra, komandaları və münsiflər heyətinin tərkibini iştirakçılara təqdim edib və festivalı açıq elan edib.
Festival tipli tədbirdə ilk olaraq süfrəyə su, çörək, duz gətirilib. Festivalın ən maraqlı və yadda qalan hissəsi isə körpə fidanların tərbiyəçiləri ilə milli xörəklərimizi və şirniyatlarımızı hazırlaması olub.Tədbirdə həmçinin bir-birindən maraqlı yarışlar keçirilib. Beləki,ən tez və ən yaxşı meyvə salatı hazırlamaq üçün komandaların balaça aşbazları yarışıblar.
Məlumat üçün bildirək ki, körpələr evi-uşaq bağçasının 4 komandada balaca aşbazları öz məharətlərini göstəriblər. Yarışma boyunça uşaqlar vətənə, anaya aid şeirlər səsləndirib, yeməklərini, milli rəqslərini digər körpələrə və tərbiyyəçi heyətinə nümayiş etdiriblər.
Münsiflər heyəti komandaların nümayiş etdirdikləri xörəklərə və şirniyatlara baxış keçirib.
Sonda 4 nominasiya üzrə keçirilən festivalda qalib komandaların tərbiyəçiləri Fəxri Fərmanlarla təltif olunublar.
Şamo Əliyev