17 saylı Körpələr evi-uşaq bağçasında keçirilən tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. 17 saylı Körpələr evi-uşaq bağçasının müdiri Gülnar Nəbi tədbiri giriş sözü ilə açaraq müəllimləri və tərbiyəçiləri peşə bayramı günü münasibəti ilə təbrik edib. G.Nəbi respublikada təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışaraq son illərdə Abşeronda təhsil sistemində qazanılan uğurları məhz bu sahəyə rayon rəhbəri tərəfindən göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.
Gülnar Nəbi çıxışında vurğulayıb ki, uşaq beyni ağ vərəqə bənzəyir: Oraya nə yazılsa əbədi qalar. Demək sağlam fikirli, aydın düşüncəli, cəmiyyət üçün gərəkli övladlar böyütmək üçün o ağ vərəqə dəyərli amillər, xeyirxahlıq, vətənpərpərvərlik, saflıq-paklq, səmimiyyət bildirən hissləri hopdurmalı, düşüncələrinə ağı- qaradan seçməyi yazdırmalıyıq. Bu gün təmiz beyinlərə elə ― toxum səpməliyik ki, sabah özümüz utanmayaq. Bütün bunları uşaq yaşlarından öyrənmək üçün bir məkan – bağça, öyrətmək üçün isə bir insan var – müəllim. Bu günün müəllimləri də daima şagirdlərinə vətənpərvərlik, xeyirxahlıq, hörmət və bu kimi insani xüsusiyyətləri aşılamalı
Çıxışlardan sonra 17 saylı körpələr-evi uşaq bağçasının balaca fidanlarının iştirakı ilə “Müəllim ömrü” adlı bədii kompozisiya nümayiş edilib
Sevinc Seyfullayeva