Bu gün Masazır kənd 4 saylı tam orta məktəbdə "Narkomaniya bəşəriyyatın bəlasıdır" mövzusunda tədbir keçirildi.
Şagirdlər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində , narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası bölgələrdə silsilə görüşlər təşkil edir . Abşeron rayon Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı tədbir keçirildi.
Abşeron rayon İcra Hakimiyyəti, rayon Polis İdarəsinin , Abşeron təhsili və Masazır kənd 4 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə «Ağ ölümə» yox deyək!» mövzusunda marifləndirici tədbir keçirilib . Tədbirdə rayon rəsmiləri ilə yanaşı, Təhsil şöbəsininin, polis idarəsinin əməkdaşlari , həmçinin məktəbli şagirdlər də iştirak edib .
Tədbiri giris nitqi ilə açan Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru İlahə Orucova rayonda yeniyetmə gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verdi, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən danisdi.
Daha sonra rayon polis idarəsinin yetginlik yaşına çatmayanlarla iş şöbəsinin baş inspektoru Elburus Əhmədov , Polis İdarəsinin xidmət üzrə rəis müavini Elçin Rəcəbov , Abşeron rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Hafis Mikayılov müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun bəlaları barədə tədbir iştirakçılarına məlumat veridilər.
Rayon İdman Gənclər İdarəsinin rəisi Əsgər Əmirəliyev şagirdləri idmanla məşğul olmağa səsləyərək qeyd etdi ki, rayonumuzun gəncləri idman üzrə əldə etdikləri uğurlardan danışdı. Çıxışının sonunda şagirdlərə savadlı və sağlam olmaq arzuladı.
Tədbirdə iştirak edən Polikilinkanın həkimi Ziba Nuriyeva və RPİ- CAŞ- ın ə/müvəkkili polis leytenatı Fərid Hümbətzadə şagirdləri maraqlandırılan suallara cavab verdilər.
Bu kimi marifləndirici tədbirləri mətbuatda o cümlədən "Abşeron", “Xırdalan” və “Abşeron təhsili” qəzetləri vasitəsilə işıqlandırmaq vacibdir. Bildirildi ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. Yeniyetmə və gənclər üçün böyük təhlükə mənbəyi olan «ağ ölümə» qarşı həyata keçirilən genişmiqyaslı tədbirlərdə əsas məqsəd gənclərin bu bəladan uzaqlaşdırılması, onlarda sağlam həyat tərzinin təbliği, narkomaniyanın fəsadlarının nə qədər təhlukəli olduğunu izah etməkdir.
Tədbirin sonunda şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırildi .