Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Saray 3 saylı məktəbdə Milli Qəhraman İbad Hüseynovla görüş keçirilib

Tarix:17-01-2017, 15:20

Saray 3 saylı məktəbdə  Milli Qəhraman İbad Hüseynovla görüş keçirilib

Saray 3 saylı məktəbdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovla görüş olub.

Görüşdə YAP Abşeron rayon qadınlar təşkilatının sədri, Saray 3 saylı məktəbin direktoru Təyyübə Hüseyinova, "Atilla" jurnalının baş redaktoru Gülşən Behbud, Abşeron İnformasiya Agentliyinin baş redaktoru Şamo Əliyev, Abşeron RTŞ-nın aparıcı məsləhətcisi Adil Qurbanov,Abşeron RTŞ-nın əməkdaşları –Könül Nəcəfova, Səkinə Abbasova, Aysel Tahirova , məktəbin müəllimləri və şagirdləri iştirak edib.

Tədbirdə çıxış edən məktəbin direktoru Təyyübə Hüseyinova bildirib ki, 20 yanvar faciəsi Günü ərəfəsində hər bir azərbaycanlının Milli Qəhrəman kimi qəbul etdiyi, "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuş və Qarabağda soydaşlarımıza dəhşətli işgəncələr vermiş, türklərin düşməni olmuş "Avo" ləqəbli erməni terrorçusu Monte Melkonyanı məhv etmiş qəhrəmanımız İbad Hüseynovla "Qəhrəmanlıq və vətənpərvərlik simvolu" sərlövhəsi ilə görüşümüzdür: "Qanlı yanvar Günü ərəfəsində görüşümüzün keçirilməsinin də rəmzi mənası ondan ibarətdir ki, azərbaycanlılar ermənilər tərəfindən etnik-milli təmizləmələrə, deportasiyalara, soyqırıma məruz qalmalarına baxmarayaq, qəhrəmanlığımızı dəfələrlə sübut edirik, düşmənə sarsıdıcı zərbələr vururuq, torpağımızın hər qarışı üçün savaşırıq. Eyni zamanda, erməni faşistləri bir daha görürlər ki, Azərbaycanın İbad Hüseynov, şəhid olmuş Mübariz, Fərid kimi qəhrəmanları var və bu Vətən müdafiə olunur, hətta daim müharibəyə, torpaqlarımızı azad etməyə hazırıq".

Sonra İbad Hüseynovun qəhrəmanlığından bəhs edən film nümayiş etdirilib.

Filmdə həyatını Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizələrə sərf etmiş İbad Hüseynovun Qarabağ savaşında əsl kəşfiyyatçı kimi dəfələrlə ermənilərə ağır zərbələr endirməsi, bacarıqlı və cəsur döyüşçü kimi ağır yaralandıqdan sonra onun müalicə alaraq yenidən döyüş bölgəsinə qayıdaraq düşmənin susdurulmasında öz sözünü deməsi görüşdə iştirak edən gənclər tərəfindən ayaqüstü alqışlarla qarşılanıb.

Filmin nümayişindən sonra çıxış edən "Atilla" jurnalının baş redaktoru Gülşən Behbud İbad Hüseynovun qəhrəmanlığını Azərbaycan tarixinin bir səhifəsi kimi qiymətləndirərək son illərdə Azərbaycan dövləti tərəfindən Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin nəticələrinin, eləcə də Qarabağ haqqında həqiqətlərin dünyaya daha dolğun və obyektiv çatdırılması istiqamətində çox mühüm addımların atıldığını bildirib.
Baş redaktor, həmçinin jurnalın məramı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və bugünkü gəncliyin öz tarixini mükəmməl bilməli olduğunu vurğulayıb.

Sonra çıxış edən Abşeron RTŞ-nın aparıcı məsləhətcisi Adil Qurbanov bildirib ki, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək düşmənə dəfələrlə sarsıdıcı zərbələr endirən İbad Hüseynovun şagirdlərlə görüşü unudulmaz və yadda qalan hadisədir. Onun Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq şücaətinin indiki və gələcək nəsillərə əsl örnək olduğunu vurğulayan A.Qurbanov bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının, xüsusən də gənclərin Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin çağırışı ilə silaha sarılaraq işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad etməyə borclu olduqlarını vurğulayıb.

“Təhsil və Zaman” qəzetinin redaktoru Böyükağa Mikayıllı görüşü yüksək qiymətləndirdiyini və bu görüşün yaddaşında unudulmaz xatirə kimi qalacağını söyləyib. Natiq deyib ki, İbad Hüseynov Azərbaycanın ilk hərbi kəşfiyyatçılarından biri kimi ASALA-nın liderlərindən biri, beynəlxalq terrorçu, Xocalı soyqırımında ağlagəlməz vəhşiliklər törədən "Avo" ləqəbli Monte Melkonyanı Qarabağda məhv etməklə yüzlərlə günahsız soydaşımızın qisasını alıb.

Daha sonra "Azərbaycan Bayrağı" ordenli qəhrəman kəşfiyyatçı İbad Hüseynov nitq söyləyərək şagirdlərə öz keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirib ki, 1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İbad Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə daxil olur. İbad ilə Monte kənd məktəbinin həyətində üz-üzə gəlirlər. İbad iki dəfə Monteyə atəş açdıqdan sonra erməni komandiri yıxılır və türkcə Hüseynovdan onu öldürməməyi yalvarır. Elə buradaca ermənilər arasında məşhur və az qala əfsanəvi erməni komandirinin sonu gəlir. Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad özü ilə silah, şəkillə bloknot, çəkmə, siqaret və qələm götürür.
Qəhrəman kəşfiyyatçı İbad Hüseynov işğal altında olan torpaqlarımızın düşmənlərdən təmizlənməsi naminə yenidən döyüşə atılmağa hazır olduğunu deyərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Tədbirin sonunda T.Hüseyinova bir daha vurğulayıb ki, gənclər xalqımızın yaşadığı faciələr, soyqırımları haqqında məlumatlı olmaqla yanaşı, Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub, düşmənə sarsıdıcı zərbələr endirmiş İbad Hüseynovu, bu igid kəşfiyyatçının döyüş yoldaşlarını tanımalı və onlardan nümunə götürməlidirlər. Gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün belə canlı qəhrəmanlar təbliğ edilməlidir. Çünki onların keçdiyi döyüş yolu gənclərimiz üçün bir örnəkdir.

Sonda xatirə şəkilləri çəkilib.

Şamo Əliyev

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident