Yanvarın 19-da Masazır 1 saylı tam orta məktəbin akt zalında Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “ Narkomaniya ümumbəşəri bəladı” mövzusunda keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başladı.
Masazır 1 saylı tam orta məktəbin direktoru Etibar Orucov çıxış edərək narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından ətraflı məlumat verdi.
Məktəbin müəllim və şagirdlərinin, Abşeron RİH-nin ,Abşeron RPİ-nin əməkdaşlarının,Abşeron rayon Gənclər və İdman idarəsinin,mətbuat nümayəndələrinin , həmçinin valideynlərin iştirak etdikləri tədbirdə narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edildi.
Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin baş inspektoru polis mayoru Elburus Əhmədov bildirdi ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir.Narkomaniya gənclərin cəlb olunmaması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir.
Abşeron rayon Polis idarəsinin rəis müavini Elçin Rəcəbov çıxış edərək vurğulayıb ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir.Elçin Rəcəbov son illər ölkə miqyasında narkomaniyaya qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığını vurğulayıb, bu istiqamətdə daha ciddi addımların atılması üçün gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib. O həmçinin vurğulayıb ki, Rayon Polis İdarəsi tərəfindən bu cür halların baş verməməsi üçün onun təşkilatçılığı ilə mütamadi olaraq təhsil müəssisələrində elmi-praktik konfranslar keçirilir.
Abşeron Rayon İcra Hakimiyyətin Böyük məsləhətçi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıdan, həmçinin insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan amil olduğunu bildirdi. H.Mikayılov son illər ölkə miqyasında narkomaniyaya qarşı mübarizə tədbirlərinin geniş miqyas aldığını vurğuladı, bu istiqamətdə daha ciddi addımların atılması üçün gənclərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd etdi. O həmçinin vurğuladıki, Rayon İcra Hakimiyyəti tərəfindən bu cür halların baş verməməsi üçün onun təşkilatçılığı ilə mütamadi olaraq təhsil müəssisələrində elmi-praktik konfranslar keçirilir
Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyev ümumi kontekstdən geniş çıxış edərək gənc nəslin qarşılaşdığı ən dəhşətli bəla olan narkomaniyanın dəhşətli zərərlərindən və dövlətimizin bu bəlaya qarşı apardığı intensiv və şiddətli mübarizədən danışdı. O, çıxışında həmçinin gənc nəslin qəniminə çevrilən bu ümumbəşəri bəlaya qarşı dövlətimiz tərəfindən aparılan maarifləndirmə və önləmə tədbirlərindən, dövlətimizin həyata keçirtdiyi əməli işlərdən, həmçinin Abşeron Gənclər və İdman İdarəsinin üzərinə düşən işlərin icrasından danışdı. Abşeron rayonunda da rayon İcra Hakimiyyətinin Başçısı İradə xanım Gülməmmədovanın da rəhbərliyi ilə dövlət başçısı möhtərəm cənab Prezidentin siyasətinə uyğun şəkildə rayonun gənclər siyasətində mühüm uğurlar əldə olunmuş və bu sahədə təqdirəlayiq işlər görülür. Ə.Əmirəliyev çıxışında bildirdi ki‚ bütün ölkə daxilində olduğu kimi‚ Abşeron rayonunda da gənclər dövlət dəstəyini hiss etməkdədir..
Daha sonra “Narkomaniyaya yox deyək!” başlığı altında videoslayt nümayiş olundu .
Görüş məktəblilərin sual cavabları ilə diskusiya şəkilində sona çatdı.
Şamo Əliyev