Absheron Media
Haqqımızda Bizimlə əlaqə

ÜÇYAŞLILARIN MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBULU HAQQINDA

Tarix:29-01-2017, 11:35

ÜÇYAŞLILARIN MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBULU HAQQINDA


“Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramında (ku­­­ri­­kulu­mu)”nda de­­­yilir: “Məktəbəqədər təhsil dövlət proqramı (ku­ri­ku­lumu) əsasında hə­yata keçi­ri­lir” [2, səh.1]. Bununla əlaqədar uşağın sosial adaptasiyası problemləri mey­­dana çıxır.

Bir çox hallarda uşağın məktəbəqədər təhsil müəssisəsinə qəbulu onun yeni hə­yatın qaydalarına sosial adaptasiyası problemləri ilə mü­şa­yi­ət olunur. Bütün uşaqlar heç də həmişə bu problemlərin öhdəsindən gələ bilmirlər.

Adaptasiya orqanizmin yeni və ya dəyişən mühitin şərtlərinə uyğunlaşması ba­carığıdır. Adap­ta­siyanın iki aspekti məlumdur: fizioloji və psixoloji. Yalnız psixoloji aspektin üzərində dayanaq. Psixoloji adap­ta­­siyanın ilkin çətinlikləri uşağın ailədən çıxmağa psi­xo­loji cəhətdən hazır olma­ma­sı­­nın nə­ti­cəsidir.

Uşağın sosial kontaktların genişlənməsinə və məktəbəqədər müəssisədə təlim-tərbiyəyə riayət et­mə­sinə hazır olmaması müxtəlif səbəblərlə şərtlənə bilər. Uşağın daim ananın yanında ol­ma­sı və on­dan kömək almasına baxmayaraq, həmyaşıdları və yeni tanış olduğu yaşlılarla ünsiyyət yarada bil­­­­mə­mə­si, onun psixoloji bacarıq və vərdişlərinin kifayət qədər olmaması və s. bu səbəb­lər­dən­dir.

Son zamanlar məktəbəqədər müəssisələrə cəlb edilən kiçikyaşlı uşaqların yeni mühitə sosial adap­­­­tasiyası problemi çox aktualdır. Bu, uşaq üç ya­şı­na çatan kimi valideynlərin onu məktəbə­qə­dər müəssisəyə vermək arzusu ilə izah olunur. Valideynlərin arzularını nəzərə alaraq məktəbə­qə­dər müəssisələrin şəbəkəsini dövlət sə­viy­­­yəsində genişləndirmək və bu müəssisə­lər­­də təlim-tər­bi­yə prosesinin key­fiy­yətini yüksəltmək tələb olunur. Bununla əlaqədar uşağın yeni sosial şəraitə adap­tasiyasında baş verən çətinliklərin qarşısını almaq, onun psixi və fiziki sağlamlığını qorumaq üçün mək­­tə­­bə­qədər müəssisəyə qəbula psixiloji hazırlığın göstəricilərinin müəyyənləşdirilməsi ehtiyacı qarşıya çıxır.

Uşağın mək­tə­bə­qədər müəssisəyə qəbuluna psixoloji hazırlığının qiymətləndirilməsinin tibbi müayinə kompleksinə loqoped və psixoloqun məsləhətləri də daxildir. Loqoped müayinəsi uşağın nitq inkişafının səviyyəsinin, psixoloji müayinə isə yaşa uyğun psixoloji nailiyyətlərinin müəy­yən­­­ləşdirilməsinə istiqamətlənir. Top­­lanmış psixoloji-pedaqoji məlu­mat­lar əsasında uşağın ve­ri­lə­cəyi təhsil mü­əs­­sisənin növü, orada psi­xoloji-pedaqoji köməyin forma və növləri müəyyən olu­nmalıdır. Psixoloji-pe­daqoji müayinənin bu aspekti məktəbə­qə­dər müəssisəyə qəbula hazırlığın öy­rə­­nil­məsi metodu kimi kifayət qədər tədqiq olunma­mış­dır. Be­lə­liklə,təcrübədə uşağın psixi inki­şa­fı­nın diaq­nos­tikası prosesində mütəxəssislər onun so­sial kompetensiyasının səviyyəsini, demək olar ki, öy­rənmirlər.

Hazırda üçyaşlıların məktəbəqədər müəssisəyə ha­zır­lığı probleminin, kiçikyaşlıların so­si­al kom­­petensiyalarının öyrənilməsinin el­mi cəhətdən əsas­­landırılmış metodikası yox­dur.

Kiçikyaşlı uşaqların psixoloji müayinəsinin aparıl­ma­sı məqsədilə mövcud metodik töv­si­yə və vəsaitlərdə uşaq bağçasına hazırlığın aşa­ğı­dakı meyarları göstərilir:

· uşağın pasport yaşı; · psixi inkişaf səviyyəsi; · şəxsi gigiyena, təmizlik vərdişlərinə yi­yə­lən­mə və onları müstəqil yerinə ye­tirə bilmə ba­ca­rığı.

Əsas problem isə odur ki, uşaq bir müddət anasındam ayrılmağa, ta­nış olmadığı uşaq­lar­la ün­siy­­yət qurmağa psixoloji cəhətdən hazırdırmı? Valideynlər, məktəbəqədər müəssisənin mü­təxəs­sis­­ləri tərəfindən uşağın nitq inkişafının səviyyəsi, sosial davranışın norma və qay­da­larının başa dü­­­şül­­məsi, onları riayət edilməsi imkanları nəzərə alınmır. Əksinə, çox vaxt va­li­­­deynlər öz uşaq­la­rında ünsiyyət vərdişlərinin zəif inkişaf etdiyini gö­rə­rək, onları mək­təbə­qə­­­dər müəssisəyə ver­mə­yə tələsirlər ki, təcrübəli pedaqoqlar həmin ça­tış­­mazlığı aradan qal­dır­­sın­lar.

Ümumiyyətlə, kiçikyaşlı məktəbəqədər uşağın ailədən çıxmağa psi­xo­loji cəhətdən hazır­lığı problemi heç də məktəb təliminə hazırlıq problemindən az əhə­miy­yətli deyil. Bununla be­lə, mək­tə­bəqədər müəssisəyə qəbulun dəqiq me­yar­la­rı və göstəriciləri indiyədək müəyyən­ləş­­diril­mə­miş­dir. Elmi-metodik ədə­biy­yatda isə uşağın yeni mühitə adaptasiyasını müəyyən edən və ona təsir gös­­­­­­tə­rən bəzi psixoloji sahələr qeyd olunur. Bu təzadlar üçyaşlıların uşaq bağ­­çalarına getmələrini, yəni öyrəşdikləri həyat tərzinin dəyişilməsinin gös­təri­cilə­ri­ni aş­ka­ra çı­­xarmaq üçün kom­pleks təd­qi­qatların aparılmasına əsas verir.

Kiçikyaşlıların psixoloji-pedaqoji müayinəsi səhər, qidalanmadan bir saat əv­vəl, gün­düz yuxu- suna iki saat qalmış aparılmalıdır. Müayinənin aparıldığı otağın havasının temperaturu 21° ol­ma­lı­dır. Otaq ge­niş, işıq­lı olmalı, səs keçirməməli, uşaq­ların özlərini normal hiss et­mə­­­ləri üçün hər bir şərait yaradılmalıdır. Müayinə prosesi 20 –25 dəqiqədən artıq davam etmə­mə­li­­dir. Bu müddət ər­zin­də uşaqlara ardıcıl surətdə diaqnostik tapşırıqlar verilməlidir.Tap­şı­­­rıqlar aşağıdakı sahələri əha­­­tə etməlidir:

• Sosial kompetensiya: böyüyün tələblərini yerinə yetirir; sosial normalara ri­a­­yət edir; tə­miz­lik vərdişləri möhkəmənib; məişətdə müstəqildir; əşyavi-oyun fəaliyyətində tanış olma­dı­ğı böyük­lər­lə kontakta girir və s.

• Emosional fon: uşaqlara can atır, onlarla oynamağı və ünsiyyətdə olmağı se­­­vir, emo­­si­o­nal fon müsbətdir, nevrotik reaksiyalar mövcuddur, yeni mü­­­hi­tə tez adaptasiya olunur.

• Nitq inkişafı üzrə tapşırıqları yerinə yetirir, sadə ifa­də­lə­rin köməyi ilə ünsiyyət qurur

•Vizual-hərəki təfəkkür səviyyəsi – orta və ya yüksəkdir. Yüksək səviyyəli uşaq bö­yük­lə­rin kö­mə­yi olmadan bütün tap­şırıqları müstəqil yerinə ye­tirir. Orta səviyyəli uşaq bir dəfə gös­tər­dikdən sonra yerinə yetirir, bəzən oyunun gedişində və ətraf mühitə praktik oriyentasiyada çə­tinlik çəkir.

Psixoloji-pedaqoji müayinə pedaqoqun uşaqla qısa (1–2 dəqiqəlik) ta­nış­lığı ilə, belə sual­larla başlayır:

– Uşaq hara gəlib? Burada nə onun xoşuna gəlir? O, hansı oyuncaqla oynamaq istəyir? və s.

Pedaqoqun nitqi sa­də və anlaşıqlı, uşağın ba­şa düşəcəyi tərzdə olmalıdır. Ünsiyyət pro­se­sində pe­da­qoq uşağın sosial kom­mu­­nikasiyalarının keyfiyyətinə, nitqinin kom­­mu­nikativ funk­­­­­siyalarının for­­ma­laşma səviyyəsinə diqqət ye­­tir­məlidir.

Diaqnostik tapşırıqlar uşağın yaşına uyğun əşyavi-oyun fəaliyyətində və situ­ativ-işgüzar əmək­­daş­lıq şəraitində verilir. Tapşırıqların məqsədi və yeri­nə yetiril­mə­­ şərtləri başa salınır. Mü­­tə­xəs­sis nəticəni almaq üçün uşağın isti­fadə edəcəyi yolları və hərəkət ardıcıllığını bildi­rir. La­zım gəl­­dik­də, hərəkətləri özü nümayiş etdirir,uşağın nəticəyönümlü hərəkətlərini müs­­­bət qiy­mət­­­ləndirir.

Psixoloji-pedaqoji diaqnostikanın məlumatları klinik müayinələrin və la­bo­ra­tor tədqi­qat­la­rın nə­ticələri ilə müqayisə olunur. Bu, kiçikyaşlı uşaq­la­rın inkişafının kompleks kliniki-psi­xo­­loji-pe­da­qoji xarak­teris­ti­ka­sını tərtib et­mə­yə imkan verir. Uşaqlar haqqında toplanılan bü­tün məlu­mat­lar üç informasiya blo­kun­da ümumiləşdirilir:

• klinik faktlar;

• psixi inkişafın fərdi psixoloji xarakteristikası;

• sosial faktlar.

Uşaq kollektivinə qoşulmağa hazırlığın bir göstəricisi də nitqin inkişaf sə­viy­yə­sidir. Bütün uşaq­­­lar çətinlik çəkmədən yeni tanış olduqları şəxslərlə ünsiyyətdə olur, onlara sadə suallar verir, ve­rilən cavab­la­­­­­­rı başa düşür və yeni bilik və bacarıqlara yiyələnirlər. Nitqlə ya­naşı, mimika və jest­lərin kö­­məyi ilə də dediklərinin böyüklər tərə­fin­dən anlaşılmasına çalı­şır­lar. Ünsiyyət onlar üçün yaş­­­­lılarla birgə fəaliyyətin aparıcı formalarından biri­dir. Erkən yaş döv­rü­nün sonuna yaxın top­lanmış kommunikativ və sosial vərdişlər uşaq­lara unsiyyətə təşəbbüs göstərməyə, onu davam etdirməyə, tərəfdaşına arzuları, hissləri, tələbatları haqqında məlumat verməyə, ondan kö­mək istə­məyə imkan verir.

Uşaqların daha mühüm bir xüsusiyyəti – yeni sosial şəraitə tez uyğunlaşmaları üzə­rin­də də da­yanmaq istərdik. Əyani-hərəki təfəkkür fərddə qarşıya çıxan prob­lemlərin sensor bacarıqların və obyektlərin sosial mahiyyətindən səmərəli isti­fa­də yo­lu ilə həll olunması, situativ-praktik tapşırıq­la­rın həllində onların ara­sındakı qar­şı­lıqlı məna əlaqələrinin qurulması bacarığını aşılayır. Məlum­dur ki, uşağın psixikasının xarici mühitlə qarşılıqlı təsiri prosesində təc­­rübənin toplanması, onun tədricən əqli fəaliyyətə çevrilməsi, həm­­çinin qavramanın təkmil­ləş­məsi, ixtiyarı diq­qə­tin güclən­məsi nəticəsində meydana gəlir. Belə təfəkkür tərzi müqayisə əməliyyatlarını həyata keçir­mə­yə, ətraf aləm­­də praktik oxşarlığı aşkara çıxararaq əşyaları za­hiri əlamətlərinə və ya so­sial ma­hiy­­yətinə görə qruplaşdırmağa, müşayiətedici, mü­­­əyyənedici nitqin köməyi ilə hərəkətlərin məq­səd­yö­nümlü və nəticə­yö­nüm­­lülüyünü qiymətlən­dir­məyə imkan verir. Uşaqlar onlara yaxşı tanış olan əş­yalar, ha­disələr və hərəkətlər ara­sındakı qarşılıqlı əlaqəni görür, başa düşür, onları mü­əyyən ar­dı­cıllıqla birləşdirirlər. Uşaqlar fəzada və müstəvi üzərində is­ti­­qa­mət götürməyi bacarır, sxemlərin kö­­məyi ilə əşyanın obrazını yarada bilirlər. On­la­rın motor koordinasiyası, bilək­lə­­­rinin və əl bar­maq­­larının hərəkətləri cəldliyi və də­­qiqliyi ilə seçilir. Oyun prosesində uşaq­lar əşyalardan istifadə edir, fə­aliyyət prosesində onların təyinatını bilir və nəzərə alırlar.

Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbula hazır olmalarının daha bir mü­­hüm xarak­te­ris­­tikasını emosional sferasının vəziyyəti, on­la­rın baş ve­rən­­lərə münasibətlərini və emosiyalarını bil­dir­mələri üçün istifadə etdik­lə­ri va­si­tə­ və yollar təşkil edir. Uşaqlarda müsbət emosional əhvali-ru­hiy­­yə müşahidə olunur, hər bir ye­nilik onlarda yüksək maraq və dərketmə arzusu yaradır. Kör­pə­lər diqqətlərini 3–5 dəqiqə ər­zində hər hansı bir fəaliyyətin məqsə­də­uy­ğun yerinə yetirilməsinə yö­nəl­dir, müsbət nəticə əldə etməyə ça­lı­şır, müxtəlif mimika və emo­si­ya­lar­la baş verənlərə öz müna­si­bət­lərini bil­di­rir­lər. Onlar yorularkən tər­bi­­yəçinin diqqətini başqa fəaliyyət növ­lərinə yö­nəl­t­məyə çalışırlar. Yal­nız güclü yorğunluqdan, qrup otağında 30–35 də­qiqə olduqdan sonra öz narahat­lıq­la­rını göstərməyə, şıltaqlıq etməyə başlayırlar. Uşaqların bir hissə­sin­­də yorğunluq və neqativ hallar passivliklə müşayiət olu­nur, on­lar analarının ya­nın­da olmaq, ona toxunmaq istəyirlər. Bəzilərində isə bir qədər na­­ra­hatlıq, əsəbilik, ağlama və s. hallar müşahidə olunur. Dav­ra­nı­­­şın bu xüsu­siy­yət­lə­ri normativ hal olmaqla üçyaşlıların mər­kəzi si­nir sisteminin hələ tam inkişaf et­mə­­məsi ilə izah edilir.

Müxtəlif psixoloji-pedaqoji metodların köməyi ilə alınan məlumatları ümu­miləşdirərkən aydın olur ki, yeni mühitə tez uyğunlaşan uşaqlar stabil sağ­­­lamlığa malikdirlər. Yaşlıların təşkil etdikləri məqsədyönlü dərketmə fəaliyyətinin müddəti 30 də­qi­qə çə­kir ki, bu da sərbəstliyin, məq­səd­yönlülüyün və müstəqilliyin ol­ma­sın­dan, diq­qət, yaddaş, qavrama kimi psixi proseslərin for­ma­laşma sə­viyyəsindən xəbər ve­rir. Uşaqların psixolojoi-pedaqoji müayinəsinin nəticələrinin kliniki faktlarla mü­qayisəsi onların məktəbəqədər müəssisəyə qəbul olunmağa hazırlığının psixoloji gös­tə­­ri­ci­lə­ri­ni müqayisə etməyə imkan verir:

• orqanizmdə əhəmiyyətsiz funksional kə­na­­raçıxmaların olmasına bax­ma­yaraq stabil sağlamlıq vəziyyəti;

• inkişafın əsas istiqamətləri üzrə yaşa uyğun psixoloji nailiyyətlər;

• böyüklərin hərəkətlərini təqlid yolu ilə və sadə nitq təlimatlarına riayət etməklə ye­niliyi mə­nim­sə­mə bacarığı;

• böyüyün tələblərinə riayət etmək, müs­təqil əməl etmək, sadə sosial normaları və bir çox özü­nə­xidmət vərdiş­lə­rini mə­­nimsəmək, həmçinin həmyaşıdları ilə qarşılıqlı münasibət­lə­ri sax­la­­maq bacarığı.

Bu göstəricilər uşaqların uşaq bağçasına tez adaptasiya olun­ma­ları­nın müsbət proqnozunu tə­min edir. Göstəricilərdən, heç olmasa, birinin olma­ması uşağın yeni mühitə sosial adaptasiyasını çə­tin­ləşdirir. Mümkün adaptasiya çətinliklərinin qarşısını almaq üçün yaşa uyğun psixo­lo­­­ji na­iliyyətlərin formalaşdırılması və ya inkişafı üzrə xüsusi peda­qo­ji iş aparmaq lazımdır.

Beləliklə, aşağıdakı nəticələrə gə­lirik:

• Ətraf aləmlə sosial qarşılıqlı münasibətlərə tələbat, təcrübə və vərdişlər, əya­ni-hərəki təfək­kür, sadə sosial adaptasiya prosesinə təsir göstərir.

• Üçyaşlıların psixoloji-pedaqoji diaqnostikası onların sağlamlığının kompleks mü­­a­­yinəsinin ayrılmaz hissəsi kimi aşağıdakıları müəyyən etməlidir: xarakterik emo­si­o­nal vəziyyət, üniyyətə münasibət, böyüklərlə, həmyaşıdları ilə ünsiyyətin mo­tivləri, formaları, təfəkkür tərzi, yeniliklərin və kommunikasiyaların, o cümlədən, nitqin psi­xoloji vasitə kimi mənimsənilməsi, şəxsi gigiyena, özünəxidmət vərdişlərinə yi­yə­­lən­mənin aktual səviyyəsi.

• Klinik və psixoloji-pedaqoji məlumatların müqayisəsi uşaqda tərbiyənin so­sial şərt­lə­ri­nin də­yi­şilməsinə, əsasən, məktəbəqədər müəssisəyə qəbula göstərici­lə­rin olub-olmamasını mü­­əyyən et­mə­­yə imkan verir.

• Uşağın məktəbəqədər müəssisəyə hazır olması haqqında məlumatı əldə edə­rək, mümkün çətin­liklərin xarakterini proqnozlaşdıra, onların aradan qal­­dı­rıl­ması isti­­qamətlərini müəyyən edə bilərik.

Uşağın məktəbəqədər müəssisəyə qəbulundan əvvəl onların psixoloji-pe­da­qo­ji mü­ayi­nə­sinin nəticələri mütəxəssisləri, valideynləri onların sosial kompe­ten­­­­siyalarının yüksəl­dilməsi və yeni sosial şəraitə müvəffəqiyyətlə adaptasiya olun­­­­­­­ma­­sı üçün təlim-tərbiyənin fərdi proq­ra­mının tərtibi üçün faktlarla tə­min edə bilər.

Leyla Bayramova,
Abşeron rayonu, Xırdalan şəhəri, 24 nömrəli uşaq bağçasının müdiri

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir