Xırdalanın 24 nömrəli körpələr evi-uşaq bağçasında keçirilən "açıq məşğələ"də məqsəd bağçada tərbiyə alan uşaqların musiqini dinləyərək xarakterinə, janrına, melodiyasına, ritminə, səs tonuna görə fərqləndirə bilmələri və ifaçılıq bacarıqlarını nümayiş etdirmək olub.
Tədbirdə rayon ərazisində yerləşən bağçaların musiqi rəhbərləri də iştirak edib. Qonaqlar öncə 24 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların təlim-tərbiyəsi, inkişafı, sağlamlığının qorunması üçün yaradılan şəraitlə tanış olublar. İstedadlı uşaqların bağçanın dəhlizlərində nümayiş olunan əl işləri və rəsmlərinə də tamaşa edilib.
Tədbiri bağçanın müdiri Leyla Bayramova açaraq , balaca fidanlarını və qonaqları su çərşənbəsi münasibəti ilə təbrik edib və onlara xoş arzularını çatdırıb.L.Bayramova "açıq məşğələ"nin mövzusu və bu yönündə görülmüş işlər haqqında danışıb. Bildirib ki, "Açıq məşğələ" də uşaqların ifasında mahnı, rəqs və səhnəciklərdən ibarət nömrələrlər nümayiş olunacaq.
Musiqi sədaları altında zala daxil olan uşaqlar tədbir iştirakçılarını salamladıqdan sonra məşğələ başlayib. Bağçanın uşaqları ilə "açıq məşğələ"ni musiqi rəhbəri Lalə Ələsgərova aparıb. Tərbiyəçi məşğələ gedişində müxtəlif suallar verməklə uşaqların musiqi üzrə biliklərini yoxlayıb. "Açıq məşğələ" uşaqların ifasında mahnı, rəqs və səhnəciklərdən ibarət nömrələrlər nümayiş olunub.
Sonda çıxış edən L.Bayramova qeyd edib ki, Abşeron rayonunda ilk dəfə kurikulum əsasında 24 nömrəli körpələr evi-uşaq bağçasında keçirilən nümünəvi musiqi məşğələsində məqsəd, yuxarı yaş qrupunda tərbiyə alan uşaqların il ərzində musiqi biliklərinə nə dərəcədə yiyələndiklərini aşkara çıxarmaq, bu sahədə toplanmış təcrübəni bölüşmək idi.O həmçinin qeyd edib ki, uşaqlar bizim gələcəyimizdir, və bu uşaqların gələcəyi də bizim əlimizdədir. Onların tərbiyəsinin və musiqi zövqünün formalaşmasında körpələr evi-uşaq bağçasının rolu böyükdür və bu işdə məsuliyyət daha çox tərbiyəçilərin üzərinə düşür. Odur ki, onlara qayğı ilə yanaşmaq, doğru yola istiqamətləndirmək lazımdır.
Şamo Əliyev