Bu gün Xırdalan şəhər 17 saylı Uşaq bağçası və Körpələr evində Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.
Bağçanın müəllim, tərbiyəçi və balaca fidanlar akt zalında təşkil olunmuş "Xocalı faciəsi heç vaxt yaddaşlardan silinməz" adlı guşənin qarşısına tər qərənfillər düzdülər və foyedə Xocalı ilə bağlı rəsm əsərlərinin sərgisinə baxış keçirilib. Bağçanın böyük qrupu, 3 və 4 yaşlılar, 1ci ,2 ci ,3 cü qrupun uşaqları, Könül Hacıyeva, Arzu Məmmədova və Sevinc Seyfulayevanın təşkilatçılığı ilə hazırlanan tədbir başlandı.
Xırdalan şəhər 17 saylı Uşaq bağçası və körpələr evinin tərbiyəçisi Sevinc Seyfullayeva "Xocalı facəsi" barədə tədbir iştirakçılarına məlumat verdi. 1 dəqiqəlik sükutla Xocal şəhidləri anıldı. Balacalar musiqi müəllimi Samirə Bürcəliyevanın müşahədi ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirillər. .
Sonra başçanın uşaqları tərəfindən hazırlanan "Xocalıda o gecə" adlı səhnəcik təqdim olundu. Tədbirdə erməni qəsbkarlarının tarix boyu xalqımıza qarşı yeritdiyi işğalçı, siyasət və məkrli planlarından danışılıb. Vurğulanıb ki, ermənilər Xocalı soyqırımını törətməklə nəinki Azərbaycana, bütövlükdə türk dünyasına qarşı vandal mövqelərini nümayiş etdiriblər.
Bağçanın qrup müəllimləri Tünzalə Kamalovanın, Rübabə Məmmədovanın və Samirə Kərimovanın qruplarının uşaqları Xocalı soyqrımı haqqında şerlər söyləyərək, faciəni uşaqların gözü ilə təqdim etdilər.
"Sən bizi unutma" adlı film nümayiş edildi. "Qiyamətə qalmasın" adlı mahnı balacalar tərəfindən səsləndi.

17 saylı Uşaq bağçanın və Körpələr evinin müdiri Könül xanım İbrahimova çıxış edərək bildirdi ki,”Bütövlükdə Azərbaycan xalqına qarşı dəhşətli yönədilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri- insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda,bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Tarixi boyu çox faciələrin şahidi olmuş xalqımız XX əsrin sonlarında görünməmiş soyqırıma məruz qaldı. Xocalıda baş verən bu faciə Azərbaycan tarixinə ən dəhşətlı səhifə kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının on illiyi münasibətilə xalqa müraciətində demişdir: ”Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu” çıxışını Heydər Əliyevin bu facə barədə dediyi sözlərlə başlayan müdir qeyd etdi ki, Xocalı soyqırımı adlı dərd Azərbaycanın qəlbindən heç vaxt silinməyəcək: “Xocalı soyqırımı bu gün dünyanın bir çox rəsmi dairələri parlamentlərində müzakirəyə çıxarılıb, bu qətliam soyqırımı aktı kimi tanınıb. Ermənistan tərəfi işğal olunmuş ərazilərdə Azərbaycanın dinc vətəndaşlarına qarşı törədilmiş vəhşiliklər barədə bütün həqiqətləri dünya ictimaiyyətindən heç bir vəchlə gizlədə bilməyəcək”.

Ermənistanın azərbaycanlılara qarşı qəddarcasına həyata keçirdiyi qətliamlar sadəcə Xocalı soyqırımı ilə məhdudlaşmayıb: “Xocalı soyqırımı XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı Naxçıvanda, Gəncədə, Qubada, Bakıda, İrəvan xanlığında mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir və bununla bağlı həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, bu cinayətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır”
Tədbirin sonunda balaca fidanlar "İlahi Amin" adlı mahnını ifa etdilər. "Vətənimizi sevirik və onu qorumağa and içirik" sözləri ilə tədbir yekunlaşdı.
Sonda tədbirin təşkilatçıları ilə birgə xatirə şəkli çəkildi. .