Fevral ayının 24-də Abşeron rayonunda 23 saylı bağçada Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.
Tədbirin əvvəlində Xocalı şəhidlərinin xatirəsi anıldı, baş verən qətliamın bəşər tarixinə düşmüş dəhşətli qırğınlardan biri olduğu bildirildi. Daha sonra tədbir iştirakçıları Xocalı soyqırımının qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.
23 saylı körpələr evi-uşaq bağçasının müdiri Aybəniz Sadıxova çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqətləri bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.
Daha sonar bağçanın metodist Kifayət Xəlilovanın təşkilatçılığı ilə balaca fidanların hazırladıqları Xocalı soyqırımı qurbanlarına həsr olunmuş kompozisiya təqdim olunub.
Şamo Əliyev