Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Fatmayi kənd məktəbində "Xocalısız 25 il" adlı tədbir keçirildi

Tarix:25-02-2017, 12:37

Fatmayi kənd məktəbində "Xocalısız 25 il" adlı tədbir keçirildi

Fevralın 25-də D.Bünyatzadə adına Fatmayi kənd tam orta məktəbdə "Xocalı faciəsi" adlı mərasimi keçirildi. Mərasimin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Fatmayi kənd məktəbində "Xocalısız 25 il" adlı tədbir keçirildi

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nuru Nadirov çıxış edərək bildirdi ki, Xocalı soyqırımının bəşər tarixində misli görünməmiş qanlı aksiya və erməni vəhşiliyini sübut edən cinayət hadisəsi olduğunu bildirdi. Direktor vurğuladı ki, artıq neçə vaxtdır respublikamızda, eləcə də rəhbərlik etdiyi təhsil ocağında Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri keçirilir. Xocalı müsibətlərini bir daha xatırladan direktor bu soyqırımın heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini vurğuladı. O, soyqırım hadisəsinin ilk əvvəl o vaxtkı Azərbaycan rəhbərliyi tərəfindən xalqdan gizlədildiyini və bu vəhşiliyə reaksiya verilmədiyini diqqətə çatdırdı: «Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Xocalı hadisələri araşdırılmağa başlandı və bu faciəyə hüquqi və siyasi qiymət verilməsi istiqamətində tədbirlər həyata keçirildi. Eyni zamanda, faciənin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı mühüm işlər görüldü. Bu missiyanı davam etdirən dövlət başçısı İlham Əliyev Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılmasına, erməni vandalizminin ifşasına xüsusi diqqət ayırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış “Xocalıya ədalət” kampaniyası ötən illər ərzində uğurlara nail olub. Belə ki, Leyla xanımın bütün dünyada həyata keçirdiyi "Xocalıya ədalət" kampaniyası seriyasından tədbirlər nəticəsində artıq dünyanın əksər ölkələri tərəfindən Xocalı faciəsi bir soyqırım kimi tanınıb.
Fatmayi kənd məktəbində "Xocalısız 25 il" adlı tədbir keçirildi

Tədbirdə Xocalı soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş tarixi bir cinayət aktı olduğunu bildirildi. Xocalı faciəsinin ağır nəticələri barədə məlumat verildi.
Xalqımıza qarşı törədilən qətliamı bütün dünyaya bəyan etmək hər bir azərbaycanlının borcudur: «Hesab edirik ki, soyqırım barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu gün təqdimatını keçirdiyimiz “Xocalıya ədalət" kompaniyasının işləri çox vacibdir. Çünki əsl həqiqətlərin dünyaya çatdırılması və təbliği baxımından əhəmiyyətlidir».
Fatmayi kənd məktəbində "Xocalısız 25 il" adlı tədbir keçirildi

Məktəbin şagirdləri Xocalı soyqrımında baş verən hadisələri səhnələşdirərək tədbir iştirakçılarına nümayiş etdirdilər.
1992-ci ilin 25-26 fevral tarixində Ermənistanın təcavüzkar ordusu tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı hərbi təcavüz edilməsindən, yüzlərlə günahsız insanın qətlə yetirilməsindən söz açıldı faciənin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğuladı. Eləcə də azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım – düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya, mənfur ermənilərin törətdikləri vəhşiliklər, onların azərbaycanlılara qarşı uzun illər apardıqları ardıcıl etnik təmizləmə və təcavüzü nəticəsində on minlərlə insanın qətlə yetirilməsi, elindən-obasından didərgin düşməsi ilə bağlı fikirlər tədbir iştirakçıları ilə bölüşüldü.
Fatmayi kənd məktəbində "Xocalısız 25 il" adlı tədbir keçirildi

Tədbir "Xocalısız 25 il" adlı filimin nümayişi ilə başa çatdı.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident