Martın 14 -də Xırdalan şəhər 4 nömrəli orta məktəbdə “Ana dili ” və “ İlaxır çərşənbə” bayramına həsr olunan, “Hər çəməndə bir çiçək ” adlı tədbir keçirildi.
Tədbirdə rayon Təhsil şöbəsinin metodistləri Zərifə Cəbiyeva, Nuranə Vəliyeva, Abşeron informasiya agentliyinin rəhbəri Anar Nağıyev, müəllim və şagird kolektivi iştirak edirdilər.
Məktəbin direktoru Zəminə Nuriyeva çıxış edərək bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıb. Bildirilib ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. “İlaxır çərşənbə” münasibətilə kolektivi və qonaqalrı təbrik etdi.
Sonra Təhsil şöbəsinin əməkdaşları Z. Cəbiyeva, N. Vəliyeva, A. Nağıyev və digər çıxış edənlər Azərbaycan dilinin qorunması və saflığı uğrunda ölkəmizdə həyata keçirilən islahatlardan, Azərbaycan xalqının çoxəsrlik qədim mədəniyyət ənənələrindən söz açıblar. Natiqlər ana dilimizin dünya dilləri arasında layiqli yerini tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb, bu sahədə imzalanan mühüm dövlət sənədlərini xatırladıblar.
Qeyd edilib ki, dilimizin inkişafında və saflığının qorunmasında müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Vurğulanıb ki, cəmiyyət mədəniyyəti qoruyarsa, mədəniyyət də cəmiyyəti xilas edər.
Tədbirdə multikulturalizm barədə də məlumat verilərək bildirilib ki, ölkəmizdə yaşayan dini azlıqların dilinin, dininin və mədəniyyətinin inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Xalqımız əsrlər boyu tolerantlıq və dünyəvilik ənənələrini qoruyub saxlayıb. Ölkəmizdəki tolerantlıq mühiti dünyaya nümunədir. Novru bayramı yaxınlaşdıqca çərşənbələr ölkəmizdə coşqu ilə keçirilir. Bu gün tədbirə birazda gözəllik verən “İlaxır çərşənbəsi” oldu. Baharın gəlişi ilə bəzədilən xonçalar, milli geyimdə rəqs edən şagirdlər, Novruza aid şerlər söyləyərək rəqslər etdilər.
Sonra məktəblilər ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya, müxtəlif səhnəciklər, tarixi hadisələr göstərib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndriblər.