Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyi ilə bağlı respublikamızda silsilə tədbirlər keçirilir, o, cümlədən rayonun təhsil ocaqlarında “Həsən Əliyev-110” mövzusunda elmi konfrans təşkil edilir.
Bu gün Xırdalan şəhər 3 saylı məktəb liseydə görkəmli alim akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr edilən tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, təhsil şöbəsinin metodisəri Səkinə Abbasova və Könül Nəcəfova,16 saylı Ekalojiya idarəsinin nümayəndəsi Vüsal İbrahimli, nazirliyin sektor müdiri, təbliğatçı Rəhman Həziyev, aparıcı məsləhətçilər Elmar Musayev, Cavad Məmmədli, Kamil Abdulov, İlkin Telmanlı, Mehdi Xudaverdiyev, Namiq Quliyev, Allahvedi Namazov, müəllim və şagird kolektivi iştirak edirdilər.

Abşeron rayon icra hakimiyyəti və təhsil şöbəsi tərəfindən təşkil olunan tədbirdə məktəbin 10-l sininf gagirdi Röya Əliyeva görkəm¬li alimin həyat və yaradıcılığından danışaraq qeyd edib ki, Zəngəzur qəzasının Comərdli kəndində 1907-ci il dekabrın 15-də anadan olan Həsən Əliyev Vətənimizi qarış-qarış gəzib, onun zəngin təbiətini hərf-hərf, sətir-sətir, vərəq-vərəq oxuyub, öyrənib. Təbiət vurğunu olan alim təbiətin mühafizəsi üçün geniş elmi fəaliyyətlə məşğul olub. Onun elmi yaradıcılığının bünövrəsi təbiətin mühafizəsi, torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemləri, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif istiqamətləri ilə bağlı olub.

Sonra məktəbin direktoru Sevinc Əliyeva çıxış edərək bildirdi ki, Akademik Cənubi Qafqaz torpaqlarının coğrafiyasının tədqiqinə, Azərbaycanda beynəlxalq bioloji proqramın işlənib hazırlanmasına böyük əmək sərf edib. Görkəmli alimin 1982-ci ildə çap olunan “Həyəcan təbili” kitabında torpaq haqqında dəyərli fikirləri qeyd olunub. Həsən Əliyev Kanada, Yaponiya, Macarıstan, Almaniya, Fransa, Belçika, Amerika Birləşmiş Ştatları, Vyetnam və başqa ölkələrdə konqreslərdə maraqlı məruzələrlə çıxış edib.
1960-cı ildə Beynəlxalq Torpaqşünaslıq Cəmiyyətinin üzvü seçilən Həsən Əliyev Azərbaycanda təbiəti mühafizə və ekologiya elminin banisi və əsas yaradıcısı kimi tanınır. Həsən Əliyevin təşəbbüsü ilə yaradılmış və 15 ildən artıq baş redaktoru olduğu “Azərbaycan təbiəti” jurnalı onun respublikamıza verdiyi ən dəyərli töhfələrdən biridir.


Çıxış edən natiqlər vurğuladılar ki, Akademik Həsən Əliyevin XX əsr Azərbaycan elminin korifeyləri ilə birgə əsasını qoyduqları elmi istiqamətlər bu gün Azərbaycan elminin simasını müəyyən edir. Azərbaycanda coğrafiya, kənd təsərrüfatı, aqrobiologiya, torpaqşünaslıq, ekologiya kimi elm sahələri onun rəhbərliyi ilə formalaşıb, inkişaf edib. O, Azərbaycanda ekologiya və ətraf mühiti mühafizə elminin yaradıcısı olub. Görkəmli alimin gərgin əməyinin məhsulu olan 800-dək elmi əsər, o cümlədən kitablar və monoqrafiyalar Azərbaycanda torpaqşünaslıq, botanika, biocoğrafiya, meşəçilik, ətraf mühitin mühafizəsi və digər elmlərin mühüm nailiyyətləri kimi qiymətləndirilib. Şagirdlər qonaqlara görkəmli alim barədə suallar verdilər. Akademik Həsən Əliyev barədə videoçar nümayiş edildi.
Sonda tədbirin təşkilatçısı olan məktəbin direktor müavini Xatirə Abbasova tədbirdə iştirak edən qonaqlara məktəbin kolektivi adından öz təşəkkürünü bildirdi.