Bu gün Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin tələbələri Xırdalan şəhərində yerləşən möhtəşəm Heydər Əliyev Mərkəzində oldular. Mərkəzdə tələbələrə Ulu Öndərin həyat və fəaliyyəti barədə geniş məlumat verildi. Qeyd edildi ki, Mərkəzdə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada təqdim olunur və Ümummilli Liderin həyat yolunu əks etdirən faktlar, foto və videomateriallar vasitəsilə çatdırılır.
Tələbələr daha sonra Mərkəzdə yerləşən smart siniflə tanış oldular və gələcəkdə açıq dərslərin keçirilməsində bu sinifdən istifadə edilməsinin məqsədəuyğun olduğu bildirildi.