“Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında IX Azərbaycan çempionatının final mərhələsi Abşeron rayonun “Prometey” komandasının gümüş medal qazanması ilə başa çatıb. Sumqayıt şəhərinin “Eldorado” və Cəbrayıl rayonunun “Lələtəpə” komandaları çempionatı müvafiq olaraq birinci və üçüncü pillədə başa vurublar.
Balakən Rayon Mədəniyyət Mərkəzində keçirilən final yarışında respublikamızın 22 şəhər və rayonunu təmsil edən 32 komanda mübarizə aparıb.
Çempionatın qaliblərinə kubok, medal, diplom və xatirə hədiyyələri təqdim olunub.
Şamo Əliyev