Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalan şəhər 10 saylı tam orta məktəbdə birincilərin bayram tədbiri qey olundu

Tarix:31-05-2017, 17:55

Xırdalan şəhər 10 saylı tam orta məktəbdə birincilərin bayram tədbiri qey olundu

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru qey etdi ki, təhsil cəmiyyətin inkişafını şərtləndirən ən başlıca amillərdən biri olmaqla,Ulu Öndər Heydər Əliyevin ”Cəmiyyətin gələcək tərəqqisi indi gənclərimizə nəyi və necə öyrətməyimizdən aslıdır” kəlamı Xırdalan şəhər 10 saylı məktəbin müəllimləri qarşısında da ciddi vəzifələr qoyur.
Buna görə də birincilərin əlifba bayramı onların arzularına işıq salan ilk bilik bayramıdır.

Birincilərin sərbəst düşüncə qabiliyyətiləri keçirilən tədbirdə öz əksini tapdı. Onların təxəyyülünün məhsulu olaraq yaratdıqları " Bilik dövləti” nə nağıllar aləmi ilə səyahət valideynlərin, tədbir iştirakçıların böyük marağına səbəb oldu.

Uşaqlar öz arzularını qurduqları "Bilik dövlətin” timsalında reallaşdıra bildilər. Bu bayramın böyük həvəslə əlamətdar şəkildə qeyd edilməsi ölkə prezidentimiz Cənab İlham Əliyevin təhsilə olan qayğısının və təhsil sahəsində aparılan məzmun islahatının təcəssümüdür..məktəbin direktoru Elnarə Həsənova çıxışını birincilərə uğurlar arzulayaraq yekunlaşdırdı.
Rayon Təhsil şöbəsinin ictimayyətlə əlaqələr şöbəsinin nümayəndəsi Aysel Tahirova tədbirin əhəmiyyətindən danışaraq bildirmişdir ki, ömrümüzün ən maraqlı, xatirəyə çevrilən anları məhz uşaqlıq illəridir. Biz birincilərin balaca, lakin öz xəyallarında uydurduqları zəngin dünyalarına səyahət etməyi bacarmalıyıq. Bunun üçün, ilk növbədə, onlarla təmasda olmaq gərəkdir.
Xırdalan şəhər 10 saylı tam orta məktəbdə birincilərin bayram tədbiri qey olundu

Şagirdlər müəllimlərinin çəkdiyi zəhməti yüksək qiymətləndirmişlər. Bildirmişlər ki, müəllimimizin zəhməti sayəsində əlifba bizə çox şey öyrətdi. Bizə yazmağı, oxumağı, düşünməyi, vətənimizə, bayrağımıza, gerbimizə, himnimizə məhəbbəti aşıladı. Bütün bunlara görə sevimli müəllimlərimizə minnətdarıq. Məktəbin 1-ə və 1-e sinif şagirdlərinin hazırladıqları səhnəciklər tədbir iştirakçılarının alqışları ilə qarşılandı.
Sonra şagirdlər əlifba sırası ilə bir-bir vətənə, müstəqil Azərbaycana, məktəbə, müəllimə aid şeir söyləmiş, rəqs etmiş və ədəbi-bədii kompozisiya göstərmişlər.

Tədbirdə iştirak edən valideynlər, tədbirin təşkilatçıları 1-e sinif rəhbəri Şəlalə Məmmədova və 1-ə sinif rəhbəri Nəzrin Məmmədova çıxış edərək demişlər ki, müəllim peşəsi bütün zamanlarda ən çətin peşələrdən sayılmışdır. Lakin onların arasında sinif müəlliminin işi isə daha ciddi məsuliyyət tələb edir. Çünki birincilərə ilk hərfi, əlifbanı öyrədən birinci sinif müəllimidir.
Sonda birincilər müəllimləri ilə xatirə şəkli də çəkdirmişlər.
Xırdalan şəhər 10 saylı tam orta məktəbdə birincilərin bayram tədbiri qey olundu

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident