Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, valideynlərin, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.
Məktəbin direktoru Roza Məmmədova məzunları məktəbi bitirmələri münasibətilə təbrik edib, uğurlar arzulayıb. O, təhsildə yüksək göstəriciləri ilə seçilən 8 nömrəli məktəbin, hər il olduğu kimi, builki məzunlarına da böyük ümid bəslədiklərini deyib.
Daha sonra çıxış edən natiqlər Azərbaycanda təhsil sahəsində görülən işlərdən bəhs ediblər. Bildiriblər ki, ölkəmizdə həyata keçirilən uğurlu siyasət bütün sahələr kimi təhsil sahəsində də özünü göstərməkdədir.
Sonra dərs ili boyu qazandığı uğurları və təlim-tərbiyə sahəsində yüksək göstəriciləri ilə fərqlənmiş şagird və müəllimlərə diplomlar təqdim edilib.
Tədbirin bədii hissəsində şagirdlər məktəbə, müəllimə həsr olunan şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər.
Sonda XI sinif şagirdləri üçün son zəng çalınıb.
Məlumat üçün bildirək ki, tədris ilində Xırdalan şəhər 8 nömrəli orta məktəbin 11-ci sinfin 42, 9-cu sinfin 48, 1-ci sinfin isə 53 şagird bitirib.