Bu gün Abşeron Rayon Təhsil Şöbəsində Təhsil Şurasının iclası keçirilib.
Şura İclasında Abşeron Rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, ümumi təhsil məktəblərinin direktorları və direktor müavinləri iştirak ediblər.
Giriş sözü ilə çıxış edən RTŞ-nin müdiri Nazilə Məmmədova qarşıdan gələn "Bilik günü" münasibətilə rayon təhsil işçilərini təbrik edərək onlara məsuliyyətli və şərəfli işlərində uğurlar arzuladı.
Sonra RTŞ- nın müdiri 65 yaşı tamam olmuş təhsil şöbəinin metodisti Şahnəzər Dadaşovu ad günü münasibətilə təbrik etdi. Ş. Rzayev təhsil şöbəsinin müdirinə, təhsil işçilərinə öz təşəkkürünü bildirərək kolektivlə xudafizləşdi. Çıxış edənlər V. Əliyev, Ə.Camalova, N. Nadirov, Y. Əhədov ömrünün 36 ilini təhsilə həsr etmiş Şahnəzər Dadaşov barədə xatirələrini bölüşdülər.
Nazilə xanım Məmmədova şura iclasının gündəliyində duran məsələlər haqqında qısa məlumat verərək, təhsil sahəsində aparılan islahatlardan, təhsil nazirinin əmr və sərəncamlarının icrası ilə əlaqədar görülən işlərdən danışıb. Təhsil ilinə hazırlıq barədə məruzələr dinlənildi. İclasda həmçinin, işçilərin əmək intizamı və məktəbəhazırlıq qruplarının təşkili istiqamətində görülən işlərdən danışılıb.
Sonda müzakirə olunan məsələlərlə bağlı məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.