Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalanda bağça müəllimlərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Tarix:22-11-2017, 19:52

Xırdalanda bağça müəllimlərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Abşeron rayon İcra Hakimiyyətinin və Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı, Xırdalan şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının dəstəyi ilə “Ekoloji mədəniyyət” mövzusunda marifləndirici tədbir keçirilib.

Tədbirdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova, Abşeron RİH-in əməkdaşı Seymur Qasımov, səhiyyə işçiləri və bağçanın kollektivi iştirak ediblər.

Bağçanın müəllimi Sevinc Seyfullayeva məlumat verib ki, sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə, gündəlik iş rejiminin, səmərəli qidalanmanın, idmanla məşğul olmağın, ətrafda olan həmyaşıdları ilə xoş və qarşılıqlı ünsiyyətin böyük təsiri vardır. Qlobal və lokal ekoloji problemlərin səhralaşma və torpaqların deqradasiyası, biomüxtəlifliyin tükənməsi, urbanizasiya, stress kimi ciddi problemlərin artdığı bir dövrdə əsrin xəstəlikləri hesab edilən hemofiliya (talassemiya), narkomaniya, alkoqolizm, ürək damar, xərçəng xəstəlikləri geniş yayılmışdır. Belə bir dövrdə sağlamlıq haqqında biliklərə yiyələnmək və bu biliklərə riayət etmək hər bir mədəni insanın başlıca vəzifələrindən biridir. Sağlam həyat tərzi hər bir yeniyetmənin, gəncin şəxsi seçim yolu və fərdi davranış sistemidir.

Marifləndirici tədbirdə çıxş edən Mehriban Qaralova və Seymur Qasımov qeyd ediblər ki, bağçalarda “Ətraf mühit və insanın sağlamlığı”, “Cəmiyyət və ekologiya”, “Biosfer və insan”, “Əhali və ətraf mühit”, “Ekoloji mədəniyyət”, “Məişət ekologiyası” mövzusunda keçirilən məşğələlər zamanı uşaqlara sağlam həyat tərzinin formalaşmasında müəllimlərin yaradıcı mövqeyi və şəxsi nümunəsi xüsusi rol oynayır.
Vurğulanıb ki, bu məşğələlərdə məşğul olan uşaqlar ekoloji biliklərə yiyələnməklə yanaşı, ekoloji təfəkkürə və mədəniyyətə malik bir şəxsiyyət kimi formalaşırlar. Ətraf mühitin sağlamlığının qayğısına qalan uşaqlar, eyni zamanda özlərinin də fiziki və mənəvi sağlamlığı barədə düşünürlər. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən bu cür genişmiqyaslı silsilə tədbirlər rayon ərazisində yerləşən bütün idarə, müəssisə və təşkilatlarda davam etdiriləcək.

Tədbirdə həmçinin bağçanın körpə fidanları tərəfindən həkimlik peşəsinə həsr olunmuş səhnəcik nümayiş olunub.

Sonda bağçanın həyətində 100-dən çox meyvə ağacları əkilərək ətraf mühitin mühafizəsinə töhfə verilib.

Məlumat üçün bildirək ki, aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Şamo Əliyev

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident