Heydər Əliyevin anım günü ilə əlaqədar Xırdalan şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirilib.
Tarix:11-12-2017, 23:00
Dekabrın 12-də Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Xırdalan şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirilib.
Tədbirdən öncə Heydər Əliyev Mərkəzini ziyarət edən Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasının körpə fidanları əvvəlcə Mərkəzdə Ümummilli Liderimizin büstünü ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Bağçanın musiqi zalında davam etdirilən tədbirin rəsmi hissəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səslənməsi ilə başlanan tədbiri adı cəkilən bağçanın tərbiyəçi müəllimi Sevinc Seyfullayeva açaraq dekabrın 12-nin xalqımızın ümummilli lideri, Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu öndər Heydər Əliyevin anım günü olduğunu və Ulu öndərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını vurğulayıb.
Sonra bağçanın balaca fidanlarının hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib .Körpə fidanlar Ulu öndər Heydər Əliyevə, vətənə, bayrağa həsr olunmuş şeirlər, mahnılar səsləndiriblər.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video çarx nümayiş olunub.