Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalanda Eluca Atalının “Tiqranizm Xocalıda” kitabının təqdimatı olub.

Tarix:12-12-2017, 02:38

Xırdalanda Eluca Atalının “Tiqranizm Xocalıda” kitabının təqdimatı olub.


Abşeron rayonu Xırdalan şəhər 3 nömrəli məktəb-liseydə İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalının Bakıda Azərbaycan dilində işıq üzü görən “Tiqranizm Xocalıda” kitabının təqdimatı olub.

Tədbirdə tanınmış şair, yazıçı və alimlər, məktəbin pedoqoji kollektivi, jurnalistlər iştirak edib.

Məktəbin direktoru Sevinc Məmmədəliyeva Eluca Atalının yaradıcılığı haqqında məlumat verib. O deyib ki, yazıçının indiyədək Azərbaycan, Türkiyə, İsveç, Özbəkistan və digər ölkələrdə hekayə, roman, esse, şeir, dram əsərləri və digər janrlarda 18 kitabı çap olunub. Müəllif 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı həqiqətləri bədiləşdirib oxuculara çatdırır.

Kitabda ermənilərin Xocalıda həyata keçirdikləri vəhşiliklər, insanlıq əleyhinə cinayətlər öz əksini tapıb.
Yazıçının ərsəyə gətirdiyi kitabda erməni xisləti, onun əsrlərboyu qonşuları türklərə qarşı etdikləri xəyanət və amansızlıq tarixi faktlar əsasında bədii formada və üslubda verilib.

Kitab haqqında yazıçının öz dilindən

Kitabın ilk pərdəsi olan "Tiqran sürüldü, tiqranizm sürünür" də əsasən bizim eranın 50-60- cı illərində ermənilərin Roma və Parfiya dövlətlərində etdikləri xəyanət və amansızlığın ilkin təzahürləri canlandırılır.
Əsərin sonunda isə təbii olaraq Xocalıda vəhşiliklər törətmiş ermənilərin öz ailələrinin belə faciə yaşadığı, intihar səviyyəsinə gəlib çıxdığı məlum olur.
Ümumiyyətlə, kitabın oxucuya verdiyi mesaj ermənilərin etdikləri vəhşiliklərin bəşəri faciə olduğunu çatdırmaq və buna susmağın ləyaqətsizlik olduğunu bildirməkdir.
Quldur Andronikin çar Rusiyası tərəfindən satın alınıb, xülyasında dənizdən dənizə gəmi üzdürərək Türkiyə, Naxçıvan, Qərbi Azərbaycan, Güney Azərbaycanı, Qarabağda etdiyi ağlasığmaz vəhşətlər əsərdə yüksək səviyyədə bədii həllini tapmışdır. Hadisələrin bu gedişatı tiqranizmin yaşadığını və bir millətin ruhuna hakim olduğunu sübut edir.
Hadisələr XX əsrin 70-ci illərində Qarabağda Azərbaycana məxsus Alban abidələrinin erməni kilsəsi Eçmiədzin tərəfindən necə oğurlanması ilə davam edir. Təməli Tiqran tərəfindən qoyulan "Böyük Ermənistan" xülyasının reallaşması üçün Qarabağın ermənilər tərəfindən mənimsənilməsi məqsədi ilə o zamankı SSRİ KP-nın baş katibi Mixail Qorbaçovun arvadı Raisaya ermənilər tərəfindən rüşvət olaraq verilmiş brilyant üzük orataya çıxır. Əsərin əvvəlki hissələrindən "Böyük Ermənistan" naminə yaradılmış "Erməni can vergisi fonduna" hər ay ermənilərin məvaciblərinin 5 faizi məbləğində pul köçürülməsi və bu vergini ödəməyən ermənilərin Azərbaycanın Sumqayıt şəhərində evlərindəcə qətlə yetirilməsi açıqlanır.
Xocalı soyqırımı ilə kulminasiya zirvəsinə yüksələn hadisələr Xocalı olayları zamanı baş vermiş yüzlərlə vəhşətdən yalnız biri - Xocalı sakini Fərhadın ailəsinin timsalında təsvir olunur. O da məlum olur ki, həmin ailəni qəddarcasına məhv edənlərdən biri Fərhadın öz uşaqlıq dostu və kirvəsinin oğlu, Xankəndi sakini Seyran Ohanyandır. Roma sərkərdəsi Tiqranın xəyanət və amansız hərəkətlərinın təsvir olunduğu səhnələr eyni ilə Xocalıda davam etdirilir. Erməni kimliyi və xisləti isə Serj Sarkisyanın Xocalı faciəsindən sonra xarici jurnalistlərə verdiyi mətbuat konfransında incəliyinə qədər əks etdirilir.
Əsərin sonunda isə, təbii olaraq Xocalıda vəhşiliklər törətmiş ermənilərin öz ailələrinin belə faciə yaşadığı, intihar səviyyəsinə gəlib çıxdığı məlum olur.
Ümumiyyətlə, kitabın oxucuya verdiyi mesaj ermənilərin etdikləri vəhşiliklərin bəşəri faciə olduğunu çatdırmaq və buna susmağın ləyaqətsizlik olduğunu bildirməkdir.

Nədən Tiqranizm?

Əsərdə nədən "tiqranizm" ifadəsinin başda gəlməsini izah etməkdən ötrü biz gərək ilk əvvəl Tiqranın kimliyini açıqlayaq. O, Roma imperiyasında sərkərdə olmuş ermənidir. Erməni tarixçi akademiki Nersisyan onun haqqında salnamalər yazır və qeyd edir ki, Tiqran Roma imperiyası daxilində böyük, müstəqil bir erməni dövlətini yaratmışdı. Məntiqi baxımdan yalan, xəstə təfəkkürün məhsulu olan bir şişirtmədən savayı bir şey deyil. Çünki imperiya daxilində müstəqil dövlət ola bilməz. O necə imperiyadır ki, sənin müstəqilliyinə izin verir? Biz özümüz imperiya daxilində yaşamış insanlar kimi həyat təcrübəmizdən də bunun nə dərəcədə yalan olduğunun fərqindəyik. İmperiyada hakim millət olur, onun daxilində olan digər millətlərsə tabeçilik əsasında yaşayırlar. Tiqranın zamanında eramızın 50-60-cı illərində ermənilərin balaca bir kilsələri fəaliyyət göstərib, onlara bütün təlimatları həmin kilsə verirdi. Təəsüf ki, ermənilər pişiklərini şir kimi təqdim etməyi bacarırlar və dünyanı da bu yalanla oynadırlar. Bizsə əksinə, şirmizi pişik cildinə salırıq. Roma imperiyasının zəiflədiyi zaman Tiqran romalıların torpağına sahib çıxmaq niyyəti ilə onun bir hissəsini erməni dövləti elan etdi. Bu zaman Roma imperiyasının imperatoru Marsel onu atının quyruğuna bağlayıb Qafqazdan Avropaya qədər sürüdü. "Tiqranizm Xocalıda" kitabı "Tiqran sürüldü, tiqranizm sürünür" pərdəsi ilə başlayır. 1917-ci il Andronikin Türkiyə, Naxçıvanda peyda olması, onun Qərbi Azərbaycan, Güney Azərbaycan, Qarabağda törətdiyi hadisələr əslinə baxsan Tiqranın xisləti ilə eyniləşir. İstərsə də 1988-ci il Sumqayıt, Ağdam hadisələri, türklərin arxadan vurulması və Zori Balayanın Xocalıda etdiyi vəhşilik mahiyyət etibarı ilə eynidir. Nədən Zori Balayanı deyirəm, erməni saqqallılarını demirəm? Çünki tək erməni milləti yox, bütün dünya Zori Balayanı həkim, jurnalist sayır, amma onun yazdığı "Ruhumuzun canlanması" kitabına göz yumurlar. Bir millətin aydını etdiyi qəddar caniliklə necə fəxr edə bilər?

Şamo Əliyev

Xırdalanda Eluca Atalının “Tiqranizm Xocalıda” kitabının təqdimatı olub.
Xırdalanda Eluca Atalının “Tiqranizm Xocalıda” kitabının təqdimatı olub.
Xırdalanda Eluca Atalının “Tiqranizm Xocalıda” kitabının təqdimatı olub.

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident