Abşeron rayonundakı 2, 3, 6, 10 və 13 nömrəli uşaq bağçalarında Yeni il şənlikləri keçirilib. Ceyranbatan qəsəbə 2 nömrəli uşaq bağçasında balaca fidanlar üçün dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı münasibəti ilə bayram şənliyi təşkil olunub.
Bağçanın müdiri Zeynəb Ağayeva şənlik iştirakçılarını, o cümlədən uşaqları qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edib, onlara sülh və əminamanlıq arzulayıb.
Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri Elnarə Umayeva və Samirə İsmayılzadə qonaqları və uşaqları salamlayaraq 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik ediblər.
Şaxta baba və qarqızın müşaiyəti ilə keçirilən şənlikdə uşaqların ifasında vətənpərvərlik şerləri və mahınları səsləndirilib, əlvan yolka ətrafında yeni il musiqilərinin sədaları ilə dövrə vurulub, bayramlara həsr olunmuş maraqlı kompozisiyalar nümayiş edilib. Olduqca maraqlı və əyləncəli şəraitdə keçən şənlik uşaqların böyük sevincinə səbəb olub.
Xırdalan şəhər 3 nömrəli uşaq bağçasında “Yeni il” və “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə bayram tədbiri keçirilib. Şənlikdə körpələrin valideynləri də iştirak edib. Bağçanın müdirəsi Gülnarə Paşayeva tədbiri açıq elan edərək qonaqları salamlayıb və qarşıdan gələn bayramlar müasibətilə ən səmimi arzularını çatdırıb.
Daha sonra şənlikdə azyaşlılar yeni ilə və Azərbaycana həsr edilən şeirlər söyləyib.
Balacaların söylədikləri şeirlər alqışlarla qarşılanıb. Uşaqların nümayiş etdirdiyi yeni il səhnəcikləri və rəngarəng rəqslər maraqla izlənib. Uşaqlar qar qız və şaxta baba obrazlarını canlandıraraq şənliyi daha da yadda qalan ediblər.
Tədbir şən rəqslərin ahəngi ilə yekunlaşıb.
Digah 6 saylı uşaq bağçasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə bayram tədbiri kecirilib.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri və körpələr evi –uşaq bağçasının müəllim kollektivi iştirak ediblər.
Yeni il şənliyində bağçanın müdiri Aygün Əhmədova çıxış edərək balaca fidanları bayram münasibətilə təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Azərbaycanda uşaqların vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət göstərilir. O, Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışaraq qeyd edib ki, ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması Ümummilli Liderimizin adı ilə bağlıdır.
Tədbirdə çıxış edən Abşeron rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçisi Seymur Qasımov uşaqları “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə təbrik edərək, onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzulayıb.
Daha sonra balaca fidanların hazırladıqları müxtəlif rəqs nömrələri, Yeni ilə həsr olunmuş şeirlər, bir neçə xalq nağılı əsasında hazırlanmış səhnəciklər şənliyə xoş ovqat qatıb.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə
Məmmədli kənd 10 nömrəli uşaq bağçasında bayram şənliyi keçirilib.
Tədbirdə çıxış edən bağçanın müdiri Vəfa Rəsulova uşaqları əlamətdar bayramlar münasibətilə təbrik edib, onlara xoşbəxtlik və firəvan həyat arzulayıb.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Qasımov uşaqları, müəllim və tərbiyəçiləri Rayon İcra Hakimiyyəti başçısı adından bayramlar münasibətilə təbrik edərək bildirib ki, bu gün dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə Azərbaycanın gələcəyi olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Prezidentimiz İlham Əliyev cənabları və onun xanımı Mehriban Əliyevanın uşaqlara diqqəti və qayğısının bariz nümunəsidir ki, körpələrimiz belə təmirli, şəraitli uşaq bağcalarında məktəbəqədər təhsil alırlar.
Şaxta baba və Qar qız maraqlı səhnəciklərlə, oyunlarla uşaqları şənləndiriblər. Rəngarəng kompozisiya ilə davam edən bayram tədbirində uşaqlar şeirlər söyləyib, şən mahnılar və rəqslər ifa ediblər.
Şənlik xoş əhval-ruhiyyə və əsl bayram ovqatı yaradıb, balacalara əyləncəli anlar yaşadıb.
Novxanı 13 saylı uşaq bağçasında “31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə bayram şənliyi keçirilib.
Yeni il şənliyində bağçanın müdiri Gülər Nəsibova çıxış edərək balaca fidanları bayram münasibətilə təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Azərbaycanda uşaqların vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət göstərilir. O, Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışaraq qeyd edib ki, ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması Ümummilli Liderimizin adı ilə bağlıdır.
Daha sonra balaca fidanların hazırladıqları müxtəlif rəqs nömrələri, Yeni ilə həsr olunmuş şeirlər, bir neçə xalq nağılı əsasında hazırlanmış səhnəciklər şənliyə xoş ovqat qatıb.
Tədbirdə çıxış edən Abşeron RİH-in əməkdaşları Elnarə Umayeva və Samirə İsmayılzadə bildiriblər ki, bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətini özünün Vətəni hesab edir və ölkəmizi dünyada təbliğ edir. Azərbaycanlılar öz dövlətinin olmaları ilə qürur duyur və sahibi olduqları ölkəninin inkişafı üçün bütün addımları atır. Bunun nəticəsində də Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.
Uşaqları “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə təbrik edən icra rəsmiləri onlara can sağlığı, sevinc və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzulayıblar.
Daha sonra uşaqların ifasında söylənilən Yeni İlə həsr olunmuş şerlər, mahnılar, eləcə də nümayiş etdirilən mili və xarici rəqs nömrələri alqışlarla qarşılanıb.
Tədbirdə şaxta babanın və qar qızın hədiyyələrlə şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək hədiyyələr paylaması və uşaqlarla rəqs etməsi onların daha da sevincinə səbəb olub. Bayram şənliyinin sonunda uşaqlara Yeni il hədiyyələri verilib.
Şamo Əliyev Ceyranbatan qəsəbə 2 nömrəli uşaq bağçası Xırdalan şəhər 3 nömrəli uşaq bağçası Digah kənd 6 saylı uşaq bağçası Məmmədli kənd 10 nömrəli uşaq bağçası Novxanı 13 saylı uşaq bağçası