Fatmayı 8 nömrəli uşaq bağçasında keçirilən Yeni il şənliyində bağçanın müdiri Nadirzadə Elnurə çıxış edərək balaca fidanları bayram münasibətilə təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Azərbaycanda uşaqların vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət göstərilir. O, Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının əhəmiyyətindən danışaraq qeyd edib ki, ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması Ümummilli Liderimizin adı ilə bağlıdır.
Daha sonra balaca fidanların hazırladıqları müxtəlif rəqs nömrələri, Yeni ilə həsr olunmuş şeirlər, bir neçə xalq nağılı əsasında hazırlanmış səhnəciklər şənliyə xoş ovqat qatıb.