Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.Tədbirin keçirilməsində məqsəd şagirdlərin ingilis dilində bacarıqlarını nümayiş etdirmək, onlarda xarici dillərə qarşı maraq yaratmaqdır.
Məktəbin yuxarı sinif şagirdlərinin təqdimatında baş tutan tədbir aparıcıların açılış nitqi və dövlət himninin səsləndirilməsi ilə başlayıb.Giriş sözü ilə çıxış edən məktəb direktoru Ədalət Camalova qonaqlara tədbirin mahiyyəti barədə məlumat verərək, bildirib ki, yanvar ayı məktəbin fəaliyyət planına “İngilis dili fənn aylığı” kimi daxil olub. Bu məqsədlə siniflərdə ingilis dili müəllimlərinin açıq dərsləri keçirilir.
Sonra bir-birindən maraqlı çıxışlar başlayıb. Şagirdlər "İki küpə girən qarı" filmindən qısa bir səhnə və “Hind”, “İspan”, “Avar” rəqsləri nümayiş etdiriblər.
Təqdim edilən proqram iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə şagirdlər ingilis dilində sərbəst danışıblar.
Sonda məktəbin direktor Ə.Camalova maraqlı və məzmunlu tədbirə görə tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıq edib.
Tədbir şagirdlərin ingilis dilində oxuduqları mahnı ilə yekunlaşıb.
Şamo Əliyev