Bu gün Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin təşkil etdiyi “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə “Yeni məktəbəqədər təhsil proqramı (kurikulumu)” üzrə təlimləri bitirənlərə sertfikatların təqdim edilməsi mərasimi baş tutub
Yığıncaqda Abşeron RIH-in əməkdaşları, Abşeron rayonunda fəaliyyət göstərən uşaq bağçalarının tərbiyəçiləri , Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor və müəllim heyəti iştirak ediblər.
Toplantıda çıxış edən Abşeron RİH-in əməkdaşı Seymur Qasımov bildirib ki, təlimlərə Abşeron rayonunda fəaliyyət göstərən uşaq bağçalarından 40-dan çox tərbiyəçi cəlb edilib. Təlimlər Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının saathesabı müəllimi Xalidə Həmidova tərəfindən böyük həvəs və peşəkarlıqla aparılıb.
Vurğulanıb ki,təlim məşğələlərinin ilk günlərindən etibarən tərbiyəçilərə əvvəlcədən hazırlanmış təlim materialları verilib. Təlimdə məktəbəqədər təhsil pilləsində tətbiq olunan yeni təlim texnologiyaları və “Yeni məktəbəqədər təhsil proqramı (kurikulumu)” haqqında ətraflı məlumat verilib.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva ,beynəlxalq təlimçi Svetlana Mustafayeva, təlimçi Xalidə Həmidova "Məktəbəqədər təhsil müəssisələri üçün kadr hazırlığı: problemlər və prespektivlər" mövzusunda çıxış ediblər.
Sonda aparılmış təhlil və monitorinqlərin nəticəsinə əsasən müdavimlərə sertfikatlar təqdim olunub.
Elnarə Umayeva