Rezidenturaya və dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə keçirələcək təkrar sınaq imtahanına qeydiyyat davam edir.
DİM-dən verilən məlumata görə, sınaq imtahanları 17 mart 2018-ci il tarixində DİM-in Nəsimi rayonu, A. Salamzadə küç., 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək. Qeyd olunan imtahanlarda iştirak etmək üçün onlayn qeydiyyat 17 mart tarixində saat 9:00-da başa çatacaq.
İmtahanlar saat 10:00-da başlayacaq.