Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Universitetindən yenilik.

Tarix:13-04-2018, 14:38

Azərbaycan Universitetindən yenilik.


Azərbaycan Universitetində “Azərbaycan Xalq Cümhuriyyəti Auditoriyası” yaradılıb.

Universitetdən verilən məlumata görə, auditoriya mühazirə, seminar, dəyirmi masa və diskussiyaların təşkili, film və bənzəri rəqəmsal materialların nümayiş olunması üçün zəngin texniki avadanlıqla təchiz olunub.

Auditoriyada AXC dövrünü tədqiq edən, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və mübarizəsini, cümhuriyyət parlamentinin və hökumətinin dövlət və ordu quruculuğu, xarici siyasət sahəsində görülmüş işləri, həmçinin 1918-1920-ci illərdəki ictimai, siyasi, iqtisadi, mədəni həyatı və başqa bu kimi məsələləri əks etdirən kitablar, müxtəlif nəşrlər və digər əyani vəsaitlər, o cümlədən müsəlman şərqində və türk tarixində ilk parlamentli demokratik respublikanın ideoloq və qurucularının fotoları yerləşdirilib.

Auditoriyanın yaradılması universitet rəhbərliyi və kollektivinin dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri, müasir dövlətçiliyimizin hüquqi, siyasi və ideoloji əsaslarını müəyyənləşdirən Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucularına, həmçinin dövlətçilik tariximizə dərin hörmət və yüksək ehtiramının ifadəsidir.

Qeyd edək ki, Azərbaycan Universitetində Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında müvafiq sərəncamına uyğun olaraq dövlətçilik tariximizin və ənənələrimizin öyrənilməsi və təbliğ olunması istiqamətində silsilə tədbirlər, konfrans, dəyirmi masa və mühazirələr təşkil olunur.

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib