Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Peşə Təhsili üzrə Dövlət Agentliyində diaqnostik tədqiqatlarla bağlı müzakirələr aparılıb

Tarix:20-04-2018, 14:27

Peşə Təhsili üzrə Dövlət Agentliyində diaqnostik tədqiqatlarla bağlı müzakirələr aparılıb

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Asiya İnkişaf Bankının Azərbaycan üzrə diaqnostik tədqiqatla bağlı araşdırma missiyası ilə görüş keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildiriblər ki, görüşdə 2016-cı ildə qəbul olunan strateji yol xəritələrində Azərbaycanın inklüziv və dayanıqlı inkişafı üzrə maneələrin müəyyən olunması istiqamətində həyata keçirilən diaqnostik tədqiqatın ilkin nəticələri barədə müzakirələr aparılıb.

Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın çoxşaxəli olduğunu vurğulayan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkəmizdə peşə təhsilinin vəziyyəti, mövcud problemlər və bu istiqamətdə aparılan islahatlar haqqında söz açıb, peşə təhsilinin inkişafı üçün birgə əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıb.

Görüşdə Asiya İnkişaf Bankının araşdırma missiyasının Azərbaycanda apardıqları iqtisadiyyatın diaqnostik tədqiqat layihəsi, onun ilkin nəticələri, eləcə də hərtərəfli tədqiqat üçün müəyyən edilən əsas sektor və mövzular barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, diaqnostik tədqiqat Asiya İnkişaf Bankının 2019-2023-cü illəri əhatə edən tərəfdaşlıq strategiyasının hazırlanması üçün özündə mühüm məlumatları əks etdirəcək.

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir

Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib