Abşeron rayon ümumtəhsil məktəbləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat festivalının rayon mərhələsinə yekun vurulub. Yarışın keçirilməsində əsas məqsəd şahmat fənni tədris edilən pilot ümumtəhsil məktəblərində fənnin mənimsənilmə səviyyəsinin artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etmək, istedadlı şahmatçıları aşkar etmək və məktəblilər arasında bu idman növünü təbliğ etməkdir.
Yarışmada rayonun şahmat fənni tədris edilən 12 pilot ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Hər pilot məktəbi II, III və IV siniflərdə oxuyan 3 qız və 3 oğlan təmsil edib.
Oyunun nəticələrinə əsasən Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin komandası I, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin komandası II və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.