İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) növbəti Təcrübə Proqramını elan edir.İİTKM-dən bildirilib ki, təcrübə proqramına qoşulmaq üçün aşağıda qeyd olunan ixtisaslar üzrə təhsil alan tələbə və magistrantlar, həmçinin ali təhsilli gənclər mərkəzə müraciət edə bilərlər: iqtisadiyyat, maliyyə, jurnalistika, hüquq, informasiya texnologiyaları.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur: məntiqi və analitik düşünmə qabiliyyəti; xarici dildə (əsasən ingilis dili) sərbəst oxuma və başa düşmə qabiliyyəti; yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir, qrafik dizayn (Adobe Design Packages) və veb-proqramlaşma (PHP, MySQL, CSS, HTML 5), ünsiyyət və təqdimat bacarığı.
Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə mərkəz tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcək. Proqram həftədə beş dəfə olmaqla iş gününün yarısını əhatə edir (saat 9:00–12:30 və ya 14:30-18:00) və ödənişsizdir.
Proqrama qoşulmaq istəyənlərdən mayın 25-nə kimi
[email protected] ünvanına CV (3×4 formatlı şəkil, xarici dil biliklərini əsaslandıran sənədləri (əgər varsa) əlavə edilməklə) göndərmələri xahiş olunur.
Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız ərizəsi qəbul olunan şəxslərlə əlaqə saxlanılacaq.