Abşeron rayonunda “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda təşkil edilən tədbirlər silsiləsi davam edir. Növbəti maarifləndirici tədbir Masazır 5 nömrəli tam orta məktəbdə təşkil edilib. Tədbirdə yerli icra hakimiyyəti və polis şöbəsinin əməkdaşları, təhsil, səhiyyə müəssisələrinin nümayəndələri və məktəblilər iştirak ediblər.
Məktəbin direktoru Səlim Məmmədzadə çıxış edərək narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından ətraflı məlumat verib
Rayon polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin baş inspektoru Elbrus Əhmədov öz çıxışında son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, dövlət orqanlarının bu sahədəki fəallığının xeyli artığını və sosial bəlaya qarşı aparılan kompleks mübarizə tədbirləri sırasında Abşeron rayonunda müxtəlif tədbir həyata keçirildiyini söyləyib.
Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev narkomaniya və onun fəsadları barədə geniş məlumat verib.
Görüşdə həmçinin, Abşeron Rayon İcra Hakimiyətinin əməkdaşı Tofiq Abdullayev , Abşeron RTŞ-nın metodisti Aslan Həziyev və başqaları çıxış ediblər.
Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib və tədbir iştirakçılarına “Narkomaniyaya Yox Deyək!” adlı video çarx nümayiş etdirilib.