Xəbər lentİ

Körpə fidanlar AXC-nin 100 illiyi ilə bağlı tədbir keçirdi.

22:10, 21.05.18
Oxunub: 1 634
TƏHSİL / MARAQLI
Körpə fidanlar AXC-nin 100 illiyi ilə bağlı tədbir keçirdi.

21 may 2018-ci il tarixində Xırdalan şəhər 15 saylı körpələr evi-uşaq bağçasında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan Xalq Cumhuriyyətinin tarixinə dair film nümayiş olunub.

Tədbirdə iştirakçılara şanlı tariximiz haqqında geniş məlumat verilib, mahnı və şerlərdən ibarət kompozisiyalar səsləndirilib. Kompozisiyalarda Cümhuriyyət tarixinin bütün anları, Cümhuriyyətə münasibət şeir parçaları, mahnılar və nəsr parçaları ilə əks etdirilib.

Bağçanın müdiri Mətanət Novruzova tədbirdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində məktəbəqədər təhsil ocağında keçirilən silsilə maarifləndirici görüşlər barədə məlumat verib, bu cür tədbirlərin gənc nəslin milli şüurunun formalaşdırılmasında müstəsna rolu olduğunu bildirib.

Abşeron RİH-in əməkdaşı Samirə İsmayılzadə Azərbaycan türkcəsinin dövlət dili kimi qəbul edilməsi, məktəblərin milliləşdirilməsi, Qori müəllimlər seminariyasının müsəlman şöbəsinin Qazaxa köçürülməsi, müəllim kadrlarının hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin önəmini qeyd edib, BDU-nun yaradılması, gənclərin Avropa və dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilməsi kimi mühüm hadisələr barədə məlumat verib.

Sonda bağçanın körpə fidanları hərifləri birləşdirərək “ MÜSTƏQİI AZƏRBAYCAN “ təsvirini yaradıblar.

Tural Kazımlı

Fikirlər

 Oxşar xəbərlər: