Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalanda "Dinamik Təhsil" layihəsinə start verildi.

Tarix:15-08-2018, 19:41

Xırdalanda "Dinamik Təhsil" layihəsinə start verildi.


Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi Abşeron rayon, Xırdalan şəhər 2 nömrəli orta məktəbdə ‘’Dinamik Təhsil’’ layihəsinə start verildi.

Abşeron rayon, Xırdalan 2 saylı tam orta məktəbin direktoru Ədalət Camalova bildirib ki, məktəbimiz ‘’Təhsildə inkişaf və innovasiyalar üzrə 2 qrant müsabiqə’’ nin qalibi olub. Beləki, məktəbin ingilis dili müəllimi Elnarə Həsənova I qrant müsabiqədə fərdi kateqoriya üzrə 3000 AZN dəyərində ‘’İngilis dilinin kreativ tədrisi’’ , II qrant müsabiqədə Ümumi təhsil müəssisələri üzrə kateqoriya üzrə isə 13.000 AZN dəyərində ‘’Dinamik Təhsil’’ qrant müsabiqəsinin qalibi olmuşdur. Abşeron rayonunun mərkəzində 10 məktəb və kənd/qəsəbədə 30 məktəb olaraq 40 məktəb üzrə keçiriləcək. Layihənin əsas məqsədlərindən biri olan pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün Abşeron məktəblərindəki İngilis dili müəllimləri 21 gün ərzində təlimlərə cəlb olunaraq elektron resuslardan istifadə və qramatikanı yeni beynəlxalq proqramlar əsasında tədrisi ilə yaxından tanış olacaqlar. Təlimlər Beynəlxalq sertifikatlaşdırılmış xarici təcrübəyə malik 2 təlimçi müəllim Rəsmiyyə Bədirova və Elnarə Həsənova tərəfindən həyata keçiriləcək.

Dinamik Təhsil layihəsi çərçivəsində yaradılacaq www.teacherspayteachers.az saytının köməkliyi ilə hətta ən ucqar rayondakı müəllimlərlə belə təcrübə mübadiləmiz asanlaşacaq. Həmçinin təlimlərdə iştirak edən müəllimlər iş vərəqələrini, gündəlik dərslərdən şəkil və qısa metrajlı video sujetləri səhifədə yerləşdirərək valideynləri bir internet portaldan məlumatlandırmaq şansı qazanacaqlar. Bu da digər rayon və kənd məktəblərinin müəllimləri ilə təcrübə mübadiləsinə kömək edəcək.
Layihəyə 20.08.2018-ci tarixindən Dinamik Təhsil layihəsinə Xırdalan şəhər 2 saylı orta məktəbdə aşağıdakı qrafik üzrə start veriləcək.

 20 - 22 avqust - Xırdalan 2 saylı tam orta məktəb
 23 - 27 avqust Xırdalan şəhər 3, 4 , 5 saylı tam orta məktəblər
 28- 30 avqust tarixlərində Xırdalan 6, 7, 8 saylı tam orta məktəblər
 31 avqust , 3, 4 sentyabr Xırdalan 9-10, Novxanı 1 və 2 saylı, Ceyranbatan 1, 2 saylı tam orta məktəblər
 5-7 sentyabr tarixlərində Masazır 1, 2, 3, 4 5 saylı və Saray qəsəbəsi 1,2,3 saylı məktəblər
 8 - 11 sentyabr tarixlərində Hökməli orta məktəb, Qobu 1,2,3 Pirəkuşkil, Çayli, Qobustan, Aşağı Güzdək -1, 2 saylı məktəblər
 12 -14 sentyabr tarixlərində Mehdiabad 1 2, 3, 4 Fatmayi kəndi, Görədil və Digah .Məmmədli, Güzdək və Aşağı Güzdək məktəbləri

Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
Azərbaycan parlaq gələcəyini inamla qurur
Azərbaycan parlaq gələcəyini inamla qurur
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib