Fatmayı kənd 8 saylı uşaq bağçasında “Qızıl payız” adlı tədbir keçirilib. Bağçada keçirilən bayram tədbirində uşaqlara bədii tərtibatda payızın rəngləri, bu fəslin meyvə və tərəvəzlərinin xüsusiyyətləri, sağlamlığa və bədənin inkişafına xeyri, təsirləri haqqında məlumat verilib.
Maraqlı payız personajlari – Payız qızı, meyvələr, çiçəklər rəngarəng görünüşləriylə səhnəni bəzəyiblər. Balaca fidanların ifasında payız fəslini tərənnüm edən mahnı, şeir və rəqslər öz rəngarəngliyi ilə seçilib.
Abşeron Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov uşaqları payız bayramı münasibəti ilə təbrik edib, onlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıb. S.Qasımov Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın məktəbəqədər təhsilə göstərdiyi qayğı nəticəsində əldə edilən nailiyyətlərdən, körpə fidanların hərtərəfli inkişafı ilə əlaqədar həyata keçirilən uğurlu layihələrdən də ətraflı bəhs edib.
Tədirdə D.Bünyadzadə adına Fatmayi kənd tam orta məktəbin direktoru Nuru Nadirov çıxış edərək balacaların Payız bayramını təbrik edib, onların bayram şənliyindəki çıxışlarını alqışlayaraq minnətdarlığını bildirib.
Sonda çıxış edən bağçanın müdiri Elnurə Nadirzadə qeyd edib ki, bu bayram bir daha uşaqlarda ana təbiətə qayğı və sevgi hisslərini aşılayaraq, onlarda doğma Azərbaycanın füsunkar təbiətinə məhəbbət və gücləndirilməsinə həsr edilmişdir.