Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin şagirdləri Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgərlərlə görüşüb. Gənclərdə vətənpərvərlik hissinin formalaşdırılması, yeniyetmələrin əsgər həyatı ilə əyani tanışlığı məqsədilə keçirilən görüşdə, əsgərlərə ünvanlanan şagird məktubları vətənin müdafiəçiləri tərrəfindən sevinclə qarşılanıb.
Görüşdə məktəblilərin ifasında ədəbi-bədii kompozisya nümayiş etdirilib.
Hərbi hissənin rəhbərliyi belə tədbirlərin gənc nəsilin tərbiyəsi, həmçinin əsgərlərdə motivasiya baxımından əhəmiyyətini vurğulayıb.
Müəllimlər görüş üçün yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Yazar: Yaqut Dünyamalıyeva